20 dekabr 2015 11:40

Abbas Ağalarov turnirində finalçılar müəyyənləşib

Bakıda keçirilən Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclərin beynəlxalq boks turnirində artıq finalçılar müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən gün keçirilən yarımfinal qarşılaşmalarından sonra 4 idmançımız çempionluq görüşünə vəsiqə qazanıb.

Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev qazaxıstanlı rəqibi Sultan Şarşovu məğlub edərək finala yüksəlib. Burada onun rəqibi daha bir Qazaxıstan təmsilçisi Nurbol Sultanbay olacaq. 69 kq-da vuruşan Pərviz Quliyev yarımfinal döyüşündə həmyerlisi Şaiq Məlikovu məğlubiyyətə uğradaraq əsas görüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi özbəkistanlı Uluqbey Sabirov olacaq. 75-də mübarizə aparan Rasim Çobanlı finala gedən yolda Hacı Dilbazovu məğlubiyyətə uğradıb. Onun finaldakı rəqibi Türkmənistan idmançısı Nuryağdı Nuryağdıyevdir. 81 kq çəki dərəcəsində mübarzə aparan Elbrus Əkbərov isə yarımfinalda özbəkistanlı Cəmşidcon Abdullayevi məğlub edərək finalda Qazaxıstan boksçusu Bekzat Nurdövlətovla qarşılaşmaq imkanı qazanıb.

Qeyd edək ki, SSRİ-nin əməkdar idman ustası Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi turnirə dekabrın 20-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.