14 dekabr 2015 18:30

Rio Olimpiadasına gedəcək 60 boksçu arasında 3 azərbaycanlı

Gələn il keçiriləcək Rio de Janeyro Olimpiadasında iştirak edəcək ilk 60 boksçunun adı məlum olub. Azerisport.az xəbər verir ki, 20 boksçu AİBA Proboxing turnirindən, 17-si WSB liqasından, 23 nəfər isə Qətərdə keçirilən dünya çempionatından planetin ən böyük yarışına vəsiqə qazanıblar.

Braziliyada 286 dəri əlcək ustası rinqə çıxacaq. Olimpiadaya ilk vəsiqə qazananlar arasında milli komandamızın 3 üzvü də var. Dünya çempionu Elvin Məmişzadə (52 kq), dünya çempionatının gümüş mükafatçısı Albert Səlimov və bürünc medalçı Pərviz Bağırovun (69 kq) Rio-da çıxış edəcəyi artıq dəqiqləşib.

Kuba yığmasının 7 üzvü Olimpiya oyunlarına lisenziyaya yiyələnib.

Qeyd edək ki,qarşıda qitələr üzrə Olimpiya təsnifat yarışları və gələn ilin iyununda isə dünya Olimpiya təsnifat turniri olacaq.

49 kq. Johahnys Argilagos (Kuba), Patrik Barns (İrlandiya), Vasili Yeqorov (Rusiya), Bin Lyu (Çin), Birjan Jakipov (Qazaxıstan).

52 kq. Mişa Aloyan (Rusiya), Jeyvier Cintron Okasio (Puerto Riko), Elias Emigido (Meksika), Achraf Kharroubi (Mərakeş), Elvin Məmişzadə (Azərbaycan), Yosbani Veitia (Kuba).

56 kq. Muradjon Axmedaliyev (Özbəkistan), Dmitri Asanau (Belarus), Maykl Konlan (İrlandiya), Endi Kruz Qomez (Kuba), Xedafi Djelxir (Fransa), Vladimir Nikitin (Rusiya), Jiavei Jhang (Çin).

60 kq. Berik Abdraxmanov (Qazaxıstan), Adlan Abduraşidov (Rusiya), Lazaro Alvarez Estrada (Kuba), Karlos Balderas (ABŞ), Robson Konseysao (Braziliya), Albert Səlimov (Azərbaycan), Xurşid Tocibayev (Özbəkistan).

64 kq. Abdelkader Çadi (Əlcəzair), Raul Qarsiya (Meksika), Vitali Dunaytsev (Rusiya), Fazliddin Qaibnazarov (Özbəkistan), Artem Harutunyan (Almaniya), Vuttiçai Masuk (Tailand), Yasiner Toledo (Kuba).

69 kq. Pərviz Bağırov (Azərbaycan), Stiven Donelli (İrlandiya), Vhei Liu (Çin), Muhammed Rabii (Mərakeş), Onur Sipal (Türkiyə), Daniyar Yeleussinov (Qazaxıstan), Andrey Zamkavoy (Rusiya).

75 kq. İlyas Abbadi (Əlcəzair), Hossam Abdin (Misir), Artyom Çebotaryov (Rusiya), Tomaş Yablonski (Polşa), Adem Kıliççı (Türkiyə), Arlen Lopez (Kuba), Bektemir Melikuziyev (Özbəkistan).

81 kq. Matyö Baudelinq (Fransa), Julio Sezar La Kruz (Kuba), Valentino Manfredonia (İtaliya), Ehsan Rouzbahani (İran), Hrvoje Sep (Xorvatiya), Cozef Vard (İrlandiya).

91 kq. David Qraf (Almaniya), Vasili Levit (Qazaxıstan), Klemente Russo (İtaliya), Yevgeni Tişenko (Rusiya).

+91 kq. Filip Hrqoviç (Xorvatiya), Mihay Nistor (Rumıniya),Erik Pfeyfer (Almaniya), Toni Yoka (Fransa).

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.