9 dekabr 2015 15:00

"Rioda keçirliəcək olimpiya oyunlarına maksimum - 10 lisenziya ilə yollanmaq istəyirik"

2015-ci il dünya çempionatını uğurla başa vuran boks üzrə milli komandamız bir müddətlik fasilədən sonra yenidən təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının boks mərkəzində davam edən hazırlıq prosesi planlaşdırılmış şəkildə davam etdirilir.

Dohada keçirilən Boks üzrə Dünya çempionatında uğur qazanan idmançılarımız qarşıdan gələn 2016-cı il Rio-de-Janeiro Yay Olimpiya Oyunlarının hazırlıq planlarını davam etdirir. Lisenziya xarakterli turnirlərə hazırlaşan boksçularımız məşqçilərin tapşırıqlarına əsasən həm fiziki, həm də texniki prosesləri keçirlər. Komandamızın heyətində 49 kq çəki dərəcəsində Rüfət Hüseynov, 52 kqda Elvin Məmişzadə, 56 kq çəkidə Cavid Çələbiyev və Tayfur Əliyev, 60 kq çəki dərəcəsində Albert Səlimov və Elvin İsayev, 64 kqda Lorentso Sotomayor, 69 kq-da Pərviz Bağırov, 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı, 81 kq çəkidə Teymur Məmmədov və 91 kqda Abdulkadir Abdullayev məşqlərini davam etdirirlər. Komandamızın lideri Məhəmmədrəsul Məcidov isə artıq zədəsini sağaltmaq üzrədir.

Komandamızın böyük məşqçisi Nəriman Abdullayev həm hazırlıq prosesi barədə, həm də qarşıdakı yarışlarla bağlı fikirlərini bildirdi. “Komandamız gərgin və uğurlarla keçən ili geridə qoymaq üzrədir. Bu il idmançılarımız həm Avropa Oyunlarında, həm dünya çempionatında inamlı çıxış edərək tarixi nəticələr qazandılar. Qarşıda bizi Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər gözləyir. Bu yarışlar üçün hazırlıq prosesimizi davam etdiririk. Biz gücümüzü ortaya qoyub Rioda keçirliəcək olimpiya oyunlarına maksimum – 10 lisenziya ilə yollanmaq istəyirik”. 

Qeyd edək ki, dekabrın 10-dan etibarən boks üzrə Mərakeş milli komandası paytaxtımızda idmançılarımızla birlikdə təlim-məşq toplanışına başlayacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.