3 dekabr 2015 00:05

Ümumdünya Boks Seriyasının yeni mövsümünün draftı keçirilib

İsveçrənin Lozanna şəhərində Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün draftı keçirilib. Azerisport.az xəbər verir ki, "Baku Fires" yeni mövsüm üçün belaruslu Mixail Dolqolivetsi (81 kq) yenidən sifariş edib.

"USA Knockouts", "Puerto Rico Hurricanes" və "Venezuela Caciques" klubları yeni boksçu alışında daha fəal iştirak ediblər. WSB-nin baş direktoru Kərim Bouzidi yeni mövsümü səbirsizliklə gözlədiklərini deyib: "Altıncı çempionat da əvvəlkilər kimi maraqlı olacaq. Yanvarda başlayacaq mövsümdə bir sıra yeni boksçular görəcəyik. Liqaya yeni komandaların cəlb olunması boksun bir idman növü kimi populyarlaşmasına xidmət göstərir".

Tədbiri açıq elan edən AİBA-nın WSB komissiyasının sədri Franko Falçinelli debütantlar Özbəkistan və Türkiyə klublarını salamlayıb.

İspaniyalı Damian Biaço "British Lionhearts" komandası tərəfindən draftda alınan ilk boksçu olub. Britaniya komandası bundan başqa, Koryun Soqhomonyan (52 kq), Avropa çempionatının bürünc mükafatçısı Peter Belberov (+91 kq), "Strandja" turnirinin qalibi Radoslav Pantelyev (81 kq) və macarıstanlı Zoltan Harskanı (75 kq) transfer edib.
Əsas gözlənilməz transferlərdən biri ABŞ klubunun Filip Hrqoviçi (+91 kq) ələ keçirməsi olub. Xorvatiyalı boksçu ötən mövsüm "Astana Arlans"ın heyətində bütün görüşlərdə qalib gələrək, Rio Olimpiadasına vəsiqə qazanıb.

"Rafako Hussars Poland" komandası Olimpiya Oyunlarının bürünc mükafatçısı irlandiyalı Patrik Barnsla anlaşıb.

16 komandanın iştirak edəcəyi WSB liqasının yeni mövsümü yanvarda start götürəcək. Qeyd edək ki, draftda ölkəmizi "Baku Fires"in baş direktoru Rizvan Gənciyev təmsil edib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.