14 oktyabr 2015 14:00

DÇ-2017 Almaniyaya həvalə olundu

AIBA İcraiyyə Komitəsinin Qətərdə keçiriən toplantısında 2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, beynəlxalq federasiyanın prezidenti Çinq Ko Vu növbəti dünya çempionatının 2 il sonra Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib:

"Dünya çempionatını keçirmək üçün 3 federasiya namizədliyini irəli sürmüşdü. Uzun sürən araşdırmadan sonra Hamburqa üstünlük verdik. Hamburq sentyabrda APB-nin finalını yüksək səviyyədə qəbul edərək, bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq".

Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas bu qərara sevindiklərini bildirib: "Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AİBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir".

Qeyd edək ki, Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.