8 oktyabr 2015 20:30

Sotomayordan ikinci qələbə, Abdullayev ilk görüşündən qalib ayrıldı

Qətərdə keçirilən boks üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, ilk olaraq boksçularımızdan 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb.

Seçməmizin üzvü əlcəzairli Abdelkader Çadi ilə üz-üzə gəlib. Hər 3 raundda inamlı təsir bağışlayan Sotomayor 3:0 hesabı ilə qalib gəlib. Boksçumuz 1/4 final mərhələsində 2015-ci ilin Avropa çempionu rusiyalı Vitali Dunyavtsevlə qarşılaşacaq. Dunyavtsev bu gün Böyük Britaniya nümayəndəsi Pat Makkormakı məğlub edib. Sotomayorla Dunyavtsev oktyabrın 10-da qarşı-qarşıya gələcək.

Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına qələbə ilə başlayıb. Amma bu boksçumuza heç də asan başa gəlməyib. Millimizin üzvü Əlcəzairin digər təmsilçisi Çouaib Boulodiantsa döyüşdə 1-ci raundda 2 dəfə noqdauna düşüb. Amma ikinci hissədə özünə gələn Abdullayev bu dəfə rəqibi iki dəfə noqdauna salıb. 3-cü raunddan sonra hakimlər boksçumuz qələbəsini qeydə alıblar - 3:0. Boksçumuzun 1/4 finaldakı rəqibi argentinalı Yamil Peralta Jara olacaq. Həmin görüş oktyabrın 10-da keçiriləcək.

Bu gün axşam proqramında daha iki həmyerlimiz - Rüfət Hüseynov (49 kq) və Tayfur Əliyev (56 kq) rinqə çıxacaq. Hüseynov Hasonboy Dusmatovla (Özbəkistan), Əliyev isə İderkhuu Enhjarqalla qarşılaşacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.