5 oktyabr 2015 20:15

Boks üzrə dünya çempionatının püşkatma mərasimi keçirildi

Dünya çempionatının debütantı Rüfət Hüseynov (49 kq) yarışın ilk günündə rinqə çıxacaq. Azerisport.az xəbər verir ki, həmyerlimiz mərakeşli İmad Ahyounla qarşılaşacaq. 

52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ilk mərhələdə ciddi sınaq qarşısında olacaq. Həmyerlimiz oktyabrın 9-da Azat Useynaliyev (Qazaxıstan) - Hamza Touba (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Məmişzadə Avropa Oyunlarında Touba üzərində qələbə qazanmışdı. 

Dünya çempionatının debütantı Tayfur Əliyev də ( 56 kq) mübarizəyə ikinci mərhələdən başlayacaq. Boksçumuz oktyabrın 8-də İderhuu Enkhjarqnil (Monqolustan)- Joze Dias Azokar (Venesuela) görüşünün qalibi ilə üz-üzə gələcək. 

Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) ilk görüşünə oktyabrın 9-da çıxacaq. Millimizin üzvü ya meksikalı Lindolfo Delqado Qarza ilə, ya da irlandiyalı Sean Maccombla görüşəcək. Qeyd edək ki, Səlimov Avropa Oyunlarında İrlandiya boksçusunu məğlub edib.  

Lorenzo Sotomayor (64 kq) yarışın ilk günündə rinqə çıxacaq. Boksçumuz 1/32 final mərhələsində Kanadanı təmsil edən Artur Biyarslanovla döyüşəcək.

Avropa Oyunlarının qalibi Pərviz Bağırov dünya çempionatında mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Bağırov Marvin Kabrera Verqara (Meksika) – Lester Martinez Tut (Qvatemala) cütünün qalibi ilə görüşəcək. 

İki dəfə dünya çempionatlarının mükafatçısı olmuş Teymur Məmmədov (81 kq) ilk qarşılaşmasını oktyabrın 9-da keçirəcək. Təcrübəli boksçumuz Abdelrahman Salah Orabi (Misir) – Pavel Silyagin (Rusiya) döyüşünün qalibini sınağa çəkəcər. Məmmədov Avropa Oyunlarında Silyagin üzərində inamlı qələbə qazanıb. 

Dünya çempionatının daha bir debütantı Abdulqadir Abdullayev (91 kq) ilk görüşünü 1/8 final mərhələsində keçirəcək. Millimizin üzvü Paul Ombo Bionqolo (Fransa) – Çouaib Bouloudiants (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.