27 sentyabr 2015 19:00

Millimiz dünya çempionatına 9 boksçu ilə gedir

Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, budəfəki yarışda 73 ölkənin 260 boksçusu gücünü sınayacaq.

Əvvəlki yarışlardan fərqli olaraq, bu dəfə mundialda dünyanın ən güclüləri mübarizə aparacaq. Avropa oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilən qitə çempionatında isə 1-6-cı yeri tutanlar Qətərdə təşkil olunacaq yarışa vəsiqə qazanıblar. "Əli Bin Həməd Əl Attiyah" arenada keçiriləcək dünya çempionatı Rio De Janeyro Olimpiadasına lisenziya xarakterlidir. Mundialda iştirak edəcək 260 boksçudan 94-ü Avropanı, 66-ı Asiyanı, 51-i Şimali və Cənubi Amerikanı, 32-i Afrikanı, 17-i isə Okeaniya qitəsini təmsil edir. Qətərdəki dünya çempionatından 23 boksçu Olimpiadaya lisenziya qazanacaq. Hazırkı dünya çempionlarından Lazaro Alvares (Kuba, 60 kq), Daniyar Yeleusinov (Qazaxıstan, 60 kq), Janibek Alimxanulı (Qazaxıstan, 75 kq), Xulio Sezar la Kruz (Kuba, 81 kq) və Məhəmmədrəsul Məcidov (Azərbaycan, +91 kq) titullarını qorumağa çalışacaqlar.

Qeyd edək ki. Məcidov qalib gəlsə, 3 qat dünya çempionu tituluna yiyələnəcək. 49, 52 və 81 kq çəki dərəcələrində 1-2-ci, 56, 60, 64, 69, 75 kq çəki dərəcələrində 1-3-cü, 91 və +91 kq çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar.
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq. Yalnız zədəli Xaybula Musalov (75 kq) Qətərə gedə bilməyəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.