21 sentyabr 2015 12:40

Baku Firesin sabiq üzvü 12 raundluq görüşdən qalib ayrıldı

AİBA Pro Boxing (APB) turnirində dünya çempionu kəməri uğrunda döyüşlər keçirilib. Azerisport.az xəbər verir ki, bu dəfə birinci mövsümün qalibləri ikinci çempionatda ən yaxşı nəticə göstərmiş boksçularla üz-üzə gəlib.

69 kq çəki dərəcəsində həlledici döyüşlər Türkiyənin Ərzurum şəhərində keçirilib. Bakıda keçirilən yarışda bütün rəqiblərinə qalib gələn Onur Sipal London Olimpiadasının bürünc mükafatçısı Andrey Zamkovoyla qarşılaşıb. 4-cü raundda zədələnən rusiyalı boksçu döyüşü sonadək davam etdirə bilməyib və Onur Sipal APB dünya çempionu kəmərinə sahib olub.

60 kq çəki dərəcəsində kəmər uğrunda görüşə Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edib. Yerli boksçu Xurşid Tocibayev qazaxıtanlı Berik Abdurahmanovla qarşılaşıb. Vaxtilə “Baku Fires”in heyətində çıxış edən Tocibayev yanvarda uduzduğu rəqibindən revnş ala bilib. 12 raunddan sonra hakimlər özxbəkistanlı boksçunu qalib elan ediblər.

91 kq çəki dərəcəsində rusiyalı Aleksey Yeqorov APB kəmərinə yiyələnib. Moskvada keçirilən görüşdə onun rəqibi italiyalı Klemente Russo olub. 2008 və 2012-ci illərin Olimpiya oyunlarının mükafatçısı 5-ci raunddan sonra zədələndiyini əsas gətirərək, döyüşü davam etdirməkdən imtina edib. Buna qədər iki dəfə Russodan üstün olan Yeqorov 3-cü qarşılaşmada da qalib elan olunub.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.