15 sentyabr 2015 13:40

Boksçularımızdan 1 qızıl və 3 bürünc medal

Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, komandamız yarışda 1 qızıl və 3 bürünc mükafata layiq görülüb.

52 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fires” klubunun üzvü Məhəmməd İbiyev bütün görüşlərini qələbə ilə başa vurub. Boksçumuz finalda Özbəkistan nümayəndəsi Əzizbek Otajonovu məğlub edərək, 1-ci yerə sahib olub.

“Baku Fires”in daha bir üzvü Rəsul Saliyev yarımfinalda Özbəkistan komandasının lideri Abdullo Kuçkarova uduzaraq, 3-cü yerlə kifayətlənib.

Zaur Abdullayev də (64 kq) Umaxanov turnirindən bürünc medalla dönüb. Boksçumuz iki görüşdə qalib gəlsə də, yarımfinalda rusiyalı Şahabbas Mahmudova uduzub.
91 kq çəki dərəcəsində çıxış edən Heydər Heydərov da beynəlxalq yarışda 3-cü yeri tutub. “Gilan” klubunun üzvü finala gedən yolda qazaxıstanlı Abilxair Turlanbekə məğlub olub.

Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Elnur Məmmədli təmsil edib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.