21 avqust 2015 11:15

Bakı Firesin WSB Liqasının yeni mövsümündəki rəqibləri bilindi

Ümumdünya Boks Seriyasının (WSB) VI mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən tədbirdə AİBA prezidenti Çinq Ko Vu çıxış edərək, yeni mövsümdə maraqlı mübarizə izləyəcəklərini deyib.

O, növbəti çempionatda 16 komandanın yarışacağını və boks həvəskarlarının qarşılaşmalardan böyük zövq alacaqlarını bildirib. 16 komanda hərəsində 4 klub olmaqla 4 qrupda mübarizə aparacaq.

"Baku Fires" D qrupunda Qazaxıstanın "Astana Arlans", Puerto Riko Hurricanes və Özbəkistan kollektivləri ilə yarışacaq. Qeyd edək ki, Özbəkistan komandası yeni mövsümdə WSB liqasında debüt edəcək. Hər qrupdan iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Yeni mövsümün yanvarda başlayaraq, mayda başa çatması nəzərdə tutulur.

A qrupu: "Cuba Domaderos", "Desert Hawks" (Əlcəzair), "Ukraine Otamans", China Dragons".

B qrupu: "Mexico Guerreros", USA Knockouts, "Atlas Lions" (Mərakeş), "British Lionhearts"

C qrupu: Rusiya, "Rafako Hussars" (Polşa), "Argentina Condors", "Caciques Venezuela".

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.