19 avqust 2015 18:00

Gənc boksçularımızdan üçü mübarizəni dayandırdı

Macarıstanın Kestxey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, komandamız qitə çempionatında gənclərin yarışında 4 idmançı ilə təmsil olunur.

Ancaq boksçularımızdan 3-ü artıq mübarizəni dayandırıb. 51 kq çəki dərəcəsində çıxış edən Viktoriya İsmayılova ilk görüşdə İngiltərə boksçusu Alise Jonesə uduzaraq, yarışdan kənarda qalıb - 2:0.

Aliyə Vəlizadə də (54 kq) məşqçilərin etimadını doğrulda bilməyib. Milli komandamızın üzvü İngiltərənin digər təmsilçisi Jade Aşmoreyə gərgin mübarizədə məğlub olub - 1:2.
60 kq çəki dərəcəsində çıxış edən Nərminə Yarıyeva da ilkin mərhələdə uduzub. Boksçumuz Norveç idmançısı Madeleyne Angelsenlə qarşılaşmadan məğlub ayrılıb.

Ən ağır çəkidə yarışan Alina Hacıyeva (+81) yarımfinalda macarıstanlı Esler Bancze ilə üz-üzə gələcək. Həmin görüş avqustun 20-də olacaq.

Avropa birinciliyinə ayın 22-də yekun vurulacaq. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.