1 iyun 2015 14:30

Boksçularımızın növbəti rəqibləri bəlli oldu

AİBA Pro Boxing (APB) turnirində növbəti mərhələdə döyüşlərin keçiriləcəyi şəhərlər və hansı boksçuların üz-üzə gələcəyi məlum olub. Azerisport.az xəbər verir ki, bu yarışda ölkəmizi iki idmançı – Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcək.

Çələbiyev Çin Xalq Respublikasının Quyanq şəhərində argentinalı Alberto Melianla üz-üzə gələcək. Cənubi Amerikalı boksçu APB-də 3 görüşdə qələbə qazanıb, 1-də məğlub olub. 24 yaşlı idmançı 2012-ci ildə London Olimpiadasında iştirak edib. 56 kq çəki dərəcəsində digər görüşlərdə Benson Njangiru (Keniya) Jiavei Jhangla (Çin), Sanqmeyonq Ham (Koreya) Matti Kottayla (Finlandiya), Hakan Erseker (Almaniya) isə Yoni Blankoyla (Venesuela) üz-üzə gələcək.

İki qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov Mərakeşdə rinqə çıxacaq. Milli komandamızın üzvü yerli boksçu Məhəmməd Arjaoui ilə qarşılaşacaq. 27 yaşlı Arjaoui APB-də 3 görüşdə qələbə qazanıb, birində uduzub. Super ağır çəki dərəcəsində digər döyüşlər:

Maqomed Omarov (Rusiya) – Mixay Nistor (Rumıniya)
Toni Yoka (Fransa) – Ali Eren Demirezen (Türkiyə)
Frank Sançez (Kuba) – Ali Kıydın (Almaniya)

Məcidov iyunun 5-də, Çələbiyev isə bir gün sonra rinqə çıxacaq.

Qeyd edək ki, əvəllər 69 və +91 kq çəki dərəcəsində AİBA Pro Boxing turnirinin döyüşləri Bakıda keçirilirdi. 69 kq çəki dərəcəsində yarışı bu dəfə Rusiya paytaxtı qəbul edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.