23 may 2015 16:00

Boksçularımız erməni rəqiblərini məğlub edib, finala vəsiqə qazandılar

Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var. İki boksçumuz isə yarımfinalda uduzaraq, bürünc medala sahib olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyan üzərində inamlı qələbə qazanıb - 3:0. Boksçumuz finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq.

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də finaldadır. Həmyerlimiz yarımfinalda Gürcüstanı təmsil edən erməni əsilli Artyum Yordanyanı məğlub edib - 3:0. Abdullayev finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gələcək.

Cavid Hüseynov da (48 kq) yarımfinalda qalib gəlib. Hüseynov irlandiyalı Lorkan Harleksi üztələyib - 2:1. Boksçumuz qızıl medal uğrunda görüşdə ukraynalı Artyom Demyanenko ilə görüşəcək.

Niyaməddin Allahverdiyev isə (52 kq) yarımfinalda Şotlandiya nümayəndəsi Deklin Daffı məğlub edib - 3:0. Həmyerlimizin finaldakı rəqibi ingiltərəli Çarli Frankam olacaq.

Orxan Həsənov (54 kq) və Səid Məlikov (70 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.