21 may 2015 11:00

Yığma komandamızın 6 üzvü yarımfinalda

Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər. 

70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov ¼ finalda litvalı Lukas Petrauskasdan üstün olub – 3:0. Boksçumuz finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skamaroxla üz-üzə gələcək. 

Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. Milli komandamızın üzvü rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib – 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq. 

Kənan İsmayılzadə (75 kq), Kənan Əliyev (46 kq) ¼ finalda mübarizəni dayandırıblar. 

Beləliklə, mayın 22-də keçiriləcək yarımfinalda rinqə çıxacaq boksçularımız:

48 kq. Cavid Hüseynov – Lorkan Harleks (İrlandiya) 

52 kq. Niyaməddin Allahverdiyev – Deklin Daff (Şotlandiya) 

70 kq. Səid Məlikov – Yeqor Skamarox (Belarus) 

54 kq. Orxan Həsənov – İvan Kozyar (Ukrayna) 

60 kq. Bəxtiyar Qazıbəyov – Koryan Asteyan (Ermənistan) 

+80. Məhəmməd Abdullayev – Artyum Yordanyan (Gürcüstan)  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.