19 may 2015 11:30

5 boksçumuzdan 4-ü 1/4 finala yüksəldi

Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, ötən gün rinqə çıxan 5 boksçumuzdan 4-ü qələbə qazanıb.

46 kq çəki dərəcəsindəki təmsilçimiz Kənan Əliyev irlandiyalı Zak Patrik üzərində qələbə qazanıb – 3:0. Boksçumuz 1/4 finalda Gürcüstan nümayəndəsi Sahil Allahverdiyevlə üz-üzə gələcək.

Niyaməddin Allahverdiyev də (52 kq) rinqi qələbə ilə tərk edib. Milli komandamızın üzvü Türkiyə boksçusu Ünal Kalkışımla döyüşdən qalib ayrılıb – 3:0. Həmyerlimizi 1/4 finalda ukraynalı Taras Bondarçuk gözləyir.

54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov da komandamıza qələbə qazandırıb. Həsənov italiyalı Kristian Qasparrinini çətinliklə üstələyib – 2:1. Boksçumuz 1/4 finalda Almaniya təmsilçisi Noah Fişerlə qarşılaşacaq.

Komandamızın liderlərindən sayılan Bəxtiyar Qazıbəyov (60 kq) Rumıniya idmançısı Viorel Marian Fiku üzərində qələbə qazanıb – 3:0. Qazıbəyov 1/4 finalda latviyalı Edqars Korzenevskislə üz-üzə gələcək.

Boksçularımızdan yalnız 50 kq çəki dərəcəsində mübarizə aparan Seyidrza Sadıqov 1/8 finalda Gürcüstan təmsilçisi Otar Naverianiyə məğlub olub - 1:2.

Bu gün digər çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçiriləcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.