9 may 2015 18:00

Boks yığmamızın Avropa çempionatına gedəcək heyəti açıqlandı

Mayın 15-də Ukraynanın Lvov şəhərində boks üzrə yeniyətmələr arasında Avropa birinciliyi start götürəcək. Azerisport.az xəbər verir ki, OİK-in “Velotrek” Kompleksində keçiriləcək yarışda idmançılar 13 çəki dərəcəsində güclərini sınayacaq.

Komandamız qitə çempionatında baş məşqçi Rasim Məmmədov,  məşqçilər Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi altında 12  boksçu ilə təmsil olunacaq. Ukraynaya gedənlər arasında ötən ilki Avropa birinciliyinin gümüş mükafatçısı Bəxtiyar Qazıbəyov (60 kq) və bürünc medalın sahibi Məhəmməd Abdullayev də (+80) var. Xatırladaq ki, komandamız ötən il Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında qitə çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc qazanıb. Yeniyetmə boksçularımız son hazırlıq turniri kimi Şağan Olimpiya Kompleksində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda mübarizə aparıblar. Hakim kimi ölkəmizi Ukraynada Emil Qurbanəliyev təmsil edəcək.

46 kq. Kənan Əliyev 
48 kq. Cavid Hüseynov
50 kq – Seyidrza Sadıqov 
52 kq – Niyaməddin Allahverdiyev
54 kq – Orxan Həsənov
57 kq – Elton Məmmədov
60 kq – Bəxtiyar Qazıbəyov 
63 kq – Turan Sadıqov 
66 kq – Elgün Abdullayev 
70 kq – Şaiq Məlikov 
75 kq – Kənan İsmayılzadə 
+80 kq – Məhəmməd Abdullayev

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.