5 may 2015 17:30

"Bu yükləməyə nəinki fiziki, psixoloji cəhətdən də davam gətirmək çətindir"

Mayın 6-da və 7-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” Meksikanın “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.  Bu gün hər iki komandanın baş məşqçilərinin və ilk yarış günündə rinqə çıxacaq boksçuların iştirakı ilə mətbuat konfransı keçirilib.

Komandamızın baş məşqçisi Nuripaşa Talibov pley-off mərhələsində qələbə qazanmağa çalışacaqlarını deyib. O, bu görüşdə klubun bir çox liderlərinin rinqə çıxmayacağını bildirib: “Boksçularımız ağır mövsüm keçirdilər. Onlar 6-7 döyüşdə rinqə çıxıblar ki, bu yükləməyə nəinki fiziki, psixoloji cəhətdən də davam gətirmək çətindir. Bundan başqa 4 boksçumuz – Albert Səlimov, Pərviz Bağırov, Soltan Migitinov və Məhəmmədrəsul Məcidov hazırda milli komandanın düşərgəsindədirlər. Onlar Avropa Oyunlarına hazırlaşırlar. Bu dəfə bir çox gənc idmançılara şans vermişik ki, özlərini göstərsinlər. İnanıram ki, onlar etmadımızı doğruldacaqlar”.

“Mexico Guerreros” klubunun baş meneceri Dario Alfaro 1/4 final mərhələsinin hər iki görüşünün Qubada keçirilməsinin komandasının ziyanına işləməyəcəyi qənaətindədir: “Bizim üçün hər iki qarşılaşmanın böyük əhəmiyyəti var. Odur ki, bura əsas boksçularımızı gətirmişik. Reqlament elədir ki, 1/4 final mərhələsinin hər iki görüşünü səfərdə keçirməli oluruq. Amma bu, bizi qorxutmur”.

Qonaq komandanın nümayəndəsini lider boksçuların zədə ala biləcəyi də narahat etmir: “Komandamızn heyətində 64 kq çəki dərəcəsində Raul Kuriel Qarsiya Olimpiya oyunlarına vəsiqə qazanıb. Sabah o da Qubada döyüşənlər arasında olacaq. Eləcə də fərdi reytinqdə 3-cü yeri tutan Jozelito Velaskes Altimirano (49 kq) rinqə çıxacaq. Onlara yarış təcrübəsi lazımdır. Bu cür görüşlər çox vacibdir. Zədə isə hər an ola bilər, bundan heç kim, heç vaxt sığortalanmayıb”

Dario Alfaro milli komandamızın Meksikaya təlim-məşq toplantısına yollanmasına da münasibət bildirib: “Bildiyim qədəri ilə indi orada bir neçə ölkənin boksçuları hazırlıq keçirlər. Meksikada toplanış üçün yaxşı şərait var. İnanıram ki, bu hazırlıq mərhələsi komandanıza çox kömək olacaq”. 

Xatırladaq ki, “Baku Fires” – “Mexico Guerreros” komandaları arasında görüşlər mayın 6-da və 7-də saat 18:00-da Quba Olimpiya Kompleksində keçiriləcək. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.