5 may 2015 17:15

Baku Fires - Mexico Guerreros: cavab görüşü üçün heyətlər açıqlandı

Mayın 6-7-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” A qrupunda 3-cü yeri tutan “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.

İlk yarış günündə çəkisi 49, 56, 64,  75, 91 kq olan boksçular rinqə çıxacaq. Ertəsi gün isə çəkisi  52, 60, 69, 81 və +91 kq olan idmançılar mübarizə aparacaq. Hər iki komanda ikinci yarış günündə çıxış edəcək boksçuların adlarını açıqlayıb.

Qeyd edək ki, iki görüşdən sonra hesab bərabər olarsa, 49 kq çəki dərəcəsində əlavə qarşılaşma olacaq.

“Baku Fires” – “Mexico Guerreros”     
52 kq. Murad Rabadanov -  Huitzil Ahuatl  Orlando        
60 kq. Nəsrəddin Məmmədov – Delqado Garza Lindolfo      
69 kq. Orxan Xasməmmədov – Reyes Anguiano Hektor Andres         
81 kq. Mixail Dauqalivets – Mina Kaisedo Karlos Andres         
+91 kq. Hacı Murtuzəliyev – Ramirez Vargas Edgar Alberto     

Əlavə döyüş 
49 kq. Cavid Dadaşov – Burgos Ferrer Jose Alexandro

İkinci yarış günündə komandamızın heyətində bir boksçu debüt edəcək. 69 kq çəki dərəcəsində mübarizə aparan Orxan Xasməmmədov WSB liqasında ilk döyüşünü keçirəcək. Onun rəqibi də “Mexico Guerreros” klubunun bu çəkidə əsas boksçusu sayılmır.

Qonaq komandanın 52 kq çəki dərəcəsindəki nümayəndəsi Huitzil Ahuatl  Orlando fərdi reytinqdə 4-cü yeri tutub. Meksika boksçusu bu mövsüm 4 qələbə qazanıb, 2 dəfə məğlub olub.

Nəsrəddin Məmmədovun rəqibi olacaq Delqado da cari çempionatda inamlı təsir bağışlayıb. 4 görüşdə qalib gəlib, 1 qarşılaşmada uduzan boksçu fərdi reytinqdə 5-ci yeri tutub. Məmmədov isə bir dəfə rinqə çıxıb və qələbə qazanıb.

Meksika klubunun heyətində 81 kq çəki dərəcəsində ekvadorlu Mina Kaisedo Karlos Andres çıxış edəcək. O, da rəqib komandanın heyətində ən güclü boksçulardan sayılır. Mina bu mövsüm rinqə çıxdığı 3 görüşün hamısında qalib gəlib.                

Qeyd edək ki, bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq.

Digər 1/4 finalda isə Rusiya boksçuları “İtalia Thunder”lə üz-üzə gələcək.  Bu cütün qalibi isə “Astana Arlans”la üz-üzə gələcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.