29 aprel 2015 19:00

Millimiz beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş, 4 bürünc medal qazandı

Şağan Olimpiya Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, komandamız yarışda 3 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

57 kq çəki dərəcəsində mübarizə aparan Elton Məmmədov finalda qazaxıstanlı Nurbol Sultanbayı məğlub edərək, 1-ci yerə layiq görülüb.

Bəxtiyar Qazıbəyov da (60 kq) turniri 1-ci yerdə başa vurub. Həmyerlimiz həlledici görüşdə Türkiyə idmançısı Tuğrulxan Erdemir üzərində qələbə qazanıb – 3:0.

+80 çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də fəxri kürsünün ən yüksək pilləxinə qalxıb. Milli komandamızın üzvü qazaxıstanlı Ardak Alimxanı məğlub edib – 3:0.

52 kq çəki dərəcəsindəki təmsilçimiz Niyaməddin Allahverdiyev yalnız finalda özbəkistanlı Murodjon Əliyevə uduzaraq (0:3) 2-ci olub.

Şaiq Məlikov da (70 kq) final görüşündən məğlub ayrılıb. Boksçumuz Daulet Zauşevə (Qazaxıstan) yenilib – 0:3.

Fərid Səfərli (46 kq), Cavid Hüseynov (48 kq), Polad Hüseynov (52 kq) və Orxan Həsənov (54 kq) isə yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətləniblər.

Komanda hesabında Qazaxıstan 1-ci, Özbəkistan 2-ci, Azərbaycan isə 3-cü yeri tutub.

Qeyd edək ki, bu yarış mayın 15-dən 24-dək Ukraynanın Lvov şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyinə hazırlıq xarakteri daşıyırdı.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.