17 aprel 2015 11:45

Kamran Şahsuvarlı yarımfinala vəsiqə qazandı

“Baku Cristal Hall” Avropa oyunlarına test xarakteri daşıyan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışların ikinci günü axşam proqramında 3 boksçumuz rinqə çıxıb.

Onlardan yalnız biri növbəti mərhələyə vəsiqə qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı Özbəkistan nümayəndəsi Uluqbek Haqverdiyevi məğlub edərək, yarımfinala yüksəlib. Həmyerlimiz növbəti görüşünü Qazaxıstan təmsilçisi Yerik Aljanova qarşı keçirəcək.

81 kq çəki dərəcəsində milli komandamızın 1-ci nömrəsi hesab olunan Rauf Rəhimov isə özbəkistanlı iki dəfə dünya çempionatının mükafatçısı olmuş Elşod Rasulova uduzub.

London Olimpiadasının iştirakçısı Vətən Hüseynli də (81 kq) mübarizəni dayandırıb. Boksçumuz gənc belaruslu Sergey Novikovla döyüşdən məğlub ayrılıb.

Bu gün günorta proqramında rinqə çıxacaq boksçularımız:

64 kq. Lorenzo Sotomayor – Zaur Abdullayev 
64 kq. Cavid Quliyev – Elnur Əliyev 
91 kq. Teymur Məmmədov – Kristian Dimitrov (Bolqarıstan) 
54 kq. Anna Əlimərdanova – Tatyana Zrajevskaya (Rusiya) 
64 kq. Yelena Vıstropova – Kamilla Bekmetova (Özbəkistan) 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.