16 aprel 2015 15:30

Böyük İpək Yolu turniri: ilk iki günün qalibləri bəlli oldu

“Baku Cristal Hall”-da boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, Avropa oyunlarına test xarakteri daşıyan yarışda 11 ölkənin 80 idmançısı mübarizə aparır.

Yarışın ilk günündə Avropa çempionu Salman Əlizadə (49 kq) bolqarıstanlı Tinko Banabakova uduzaraq, turnirdən kənarda qalıb.

Milli komandamızın iki üzvü - Elvin Məmişzadə (52 kq) və Məsud Yusifzadənin döyüşündə daha təcrübəli birinci qalib gəlib.

64 kq çəki dərəcəsində çıxış edən Zaur Abdullayev türkiyəli Adem Avcı Furkandan üstün olub.

“Baku Fires” klubunun üzvü Nikolay Veselov da (75 kq) yarışa qələbə ilə başlayıb. Boksçumuz Belarus təmsilçisi Viktor Muraşkini məğlub edib.

Eldar Quliyev isə (81 kq) iki dəfə dünya çempionatlarının mükafatçısı olan təcrübəli Elşod Rasulova (Özbəkistan) uduzub.

Qızların yarışında Anaxanım Ağayeva (51 kq) komanda yoldaşı Əzizə Abbasovadan üstün olub.

Yarışın ikinci günündə günorta proqramında ilk olaraq iki boksçumuz bir-biri ilə qarşılaşıb. Cavid Dadaşov (49 kq) yeniyetmələrin II Olimpiya oyunlarının qalibi Rüfət Dadaşovu üstələyib.

Kənan Hüseynəliyev (56 kq) özbəkistanlı Muradjon Axmedaliyevi məğlub edib - 2:1.
İlk dəfə qatıldığı böyüklər arasında Azərbaycan çempionatında qalib gəlməklə diqqət mərkəzinə düşən Tayfur Əliyev (56 kq) “Böyük İpək Yolu”na da qələbə ilə başlayıb. Həmyerlimiz gürcüstanlı Levan Kadiaşvilini yarışdan kənarlaşdırıb - 3:0.

Roman Zakirov da (69 kq) turnirə qələbə ilə başlayıb. O, Azamat Kappuşev (Rusiya) üzərində qələbə qazanıb - 3:0.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.