14 aprel 2015 19:00

Böyük İpək Yolu turnirində hansı boksçularımız mübarizə aparacaq?

Aprelin 15-də “Cristal Hall”da Avropa Oyunlarına test xarakteri daşıyan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək. Azerisport.az xəbər verir ki, beş gün davam edəcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparacaq. Yarış həm kişilər, həm də qadınlar arasında keçiriləcək.

Yarışların günorta proqramı hər gün saat 13:00-da, axşam proqramı isə 19:00-da start götürəcək. Yalnız aprelin 15-də turnir saat 19:00-da başlayacaq.

Azərbaycan milli komandası “Böyük İpək Yolu” turnirində güclü heyətlə çıxış edəcək.

49 kq: Salman Əlizadə, Rüfət Hüseynov, Cavid Dadaşov 
52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə
56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev, Kənan Hüseynəliyev 
60 kq: Elvin İsayev
64 kq: Lorenzo Sotomayor, Cavid Quliyev, Zaur Abdullayev 
69 kq: Tamerlan Abdullayev, Yevgeni Romaşkeviç 
75 kq: Kamran Şahsuvarlı, Xaybula Musalov, Nikolay Veselov  
81 kq: Rauf Rəhimov, Vətən Hüseynli, Eldar Quliyev
91 kq: Teymur Məmmədov
+91 kq: Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev

Qızlardan ibarət milli komanda

Anaxanm Ağayeva, Əzizə Abbasova  (hər ikisi 51 kq), Anna Əlimərdanova (54 kq), Yana Alekseyeva (60 kq), Yelena Vıstropova (64 kq), Leyla Cavadova (75 kq)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.