12 aprel 2015 13:00

Albert Səlimov: Avropa Oyunlarında iştirak etmək istəyirəm

"Baku Fires" boks klubunun üzvü Albert Səlimov USA Nocauts-ka görüşdən sonra 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Bununla bağlı azerisport.az-a açıqlama verən Səlimov sevincini gizlətməyib:

"ABŞ boksçusuyla görüşə bir qədər yanlış başladım. Sonradan artıq məşqdə olduğu kimi görüşə nəzarət etməyə başladım. Bir qədər həyəcanlı idi. Amma vaxtından əvvəl qələbə qazanmaqla reytinqdə liderliyimi təmin etdim. Yay Olimpiya Oyunlarına lisenziya məsələsini demək olar ki həll etmişəm. Bununla belə Ümumdünya Boks Seriyasında növbəti görüşlərdə də iştirak etmək istəyirəm. Əgər klub rəhbərliyi və baş məşqçimiz etiraz etməsə, "Baku Fires"ə növbəti görüşlərdə də kömək etmək istəyirəm. Eyni zamanda Azərbaycan Boks Federasiyası icazə verərsə, Avropa Oyunlarında gücümü sınamaq istərdim".

Qeyd edək ki, 60 kq-da çıxış edən Albert Səlimovun lisenziya qazanmasını yaxın günlərdə WSB və AİBA rəsmən təsdiqləməlidir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.