10 aprel 2015 17:15

"Təəssüf ki, superağır çəki dərəcəsində görüş baş tutmayacaq"

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” və USA “Knckouts” klublarının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, "Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibov amerikalılarla görüşdə yalnız qələbə haqda düşündüklərini deyib:

“Sabah bizi maraqlı görüş gözləyir. Təssüff ki, superağır çəki dərəcəsində görüş baş tutmayacaq. Amerika komandasının bu çəkidə hər iki idmançısı zədəli olduğundan onlar 4 boksçu ilə gəliblər. Bildiyiniz kimi, boksda azarkeşlər üçün də ən maraqlı döyüşlər ağır çəkilərdə olur. Bununla belə, digər 4 qarşılaşmanın maraqlı olacağını düşünürəm”.

USA “Knockouts” klubunun baş meneceri Bleyk Baldi komandasının son turlarda uğursuz çıxış etməsinə aydınlıq gətirib: “Biz mövsümə çox yaxşı başlamışdıq. Bir ara qrupda 2-ci yeri tuturduq. Ancaq uşaqlar bu ağır tempə davam gətirə bilmirlər. Hər həftə görüşlər olur. Zədələnən boksçularımız oldu. Bu səbəbdən də ardıcıl son 3 görüşdə uduzduq. Ancaq sabah yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, ABŞ-da peşəkar boks daha populyardır. Buna görə də  biz daha çox gənc idmançılarla işləməli oluruq. Amma deməzdim ki, peşəkar boksun kölgəsində qalmışıq”.

Komandamızın baş məşqçisi gələn həftə Bakıda start götürəcək “Böyük İpək Yolu” turnirində 4 boksçularının iştirak edəcəyini söyləyib. Azərbaycan milli komandasının heyətində Cavid Dadaşov (49 kq), Yevgeni Romaşkeviç (69 kq), Nikolay Veselov (75 kq) və Zaur Abdullayev (64 kq) çıxış edəcək.

Nuripaşa Talibov pley-off mərhələsi barədə də fikirlərini bildirib: “Biz demək olar ki, növbəti mərhələyə vəsiqə məsələsini həll etmişik. Qrupda 2-ci yeri tutsaq, A qrupunda 3-cü olan komanda ilə qarşılaşa bilərik. Digər qrupda Meksika və ya Ukrayna klublarından biri 3-cü yeri tutacaq. İstərdim Avropa təmsilçisi ilə qarşılaşaq. Çünki bu mövsüm ABŞ, Argentina, Venesuela kimi uzaq ölkələrə getdik. Bu adamı çox yorur. Ustalıq səviyyəsi baxımından isə Meksika və Ukrayna komandası bərabər olar.  İndi məqsəd boksçularımızın  reytinqlərini yaxşılaşdırıb, Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmalarıdır. Hazırkı durumda Məhəmməd Qurbanov (65 kq), Albert Səlimov (60 kq) və Heybətulla Hacıəliyin (64 kq) şansları böyükdür.  69 kq-da çıxış edən Pərviz Bağırova gəlincə, o gərək bundan sonra bütün döyüşlərdə qalib gəlsin”.

Qeyd edək ki, amerikalılar 18 xalla qrupda 4-cü yeri tuturlar.

“Baku Fires” – USA “Knockouts”   
52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas     
60 kq. Albert Səlimov  – Karlos Balderas     
69 kq. Pərviz Bağırov  - Brayan Keballo       
81 kq. Mixail Dalqalivets  – Stiv Nelson        
+91 kq. Haci Murtuzəliyev – Kam Avesome

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.