27 mart 2015 00:00

Rafako Hussars Poland - Baku Fires: heyətlər məlumdur

Martın 28-də Polşanın Qdansk şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 11-ci turu çərçivəsində “Baku Fires” “Rafako Hussars Poland” klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Polşa komandası 11 xalla qrupda 7-ci yeri tutur.

Komandaların heyətləri artıq məlumdur:

“Rafako Hussars Poland” – “Baku Fires”   
49 kq. David Yaqodinski – Rəsul Saliyev    
56 kq. Solvestr Kozlovski  – Məhəmməd Qurbanov     
64 kq. Damian Kivior  - Heybətulla Hacəliyev      
75 kq. Tomaş Yablonski  – Jaba Xositaşvili       
91 kq. Rain Karlson – Abdulqadir Abdullayev   

Komandamızın heyətində fərdi reytinqdə mövqeyini xal hesablarını artırmaq üçün Qurbanov, Hacəliyev və Abdullayev üçün bu qarşılaşma böyük əhəmiyyət kəsb edir. Cari mövsümdə 2 görüşdə məğlub olan Kozlovskini üstələmək reytinqdə 1-ci olan Qurbanova çətinlik yaratmamalıdır. Hacəliyev də Kivioru məğlub edə biləcək gücdədir. Polşa komandasının heyətində cari mövsümdə 91 kq çəki dərəcəsində Rain Karlson debüt edəcək. Fərdi reyrinqdə 4-cü yeri tutan Abdullayev üçün bu qarşılaşma çətin olmamalıdır. “Rafako Hussars Poland” komandasında yalnız 75 kq çəki dərəcəsində Tomaş Yablonski fərdi reytinqin lideridir.

Bu həftə B qrupunda  “Caciques Venezuela” doğma divarlar arasında  “Puerto Rico Hurricanes”komandasını qəbul edəcək. “İtalia Thunder” Milanda “Argentina Condors”la qarşılaşacaq. “Astana Arlans” isə USA “Knockouts”un qonağı olacaq.  

Turnir cədvəli 
1. “Astana Arlans” – 30 xal,  (döyüşlərin nəticələri  41-9) 
2. Baku Fires – 20, (32-18) 
3. USA “Knockouts” – 18,  (26-24)
4. İtalia Thunder” – 17, (27-22) 
5. “Puerto Riko Hurricanes” – 17, (23-27)
6. “Venezuela Cacquez” – 14, (20-30)
7. “Rafako Hussars Poland” – 11, (19- 31)  
8. “Argentina Condors” – 3,  (11-38)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.