19 mart 2015 11:45

Astana Arlans - Baku Fires: heyətlər məlumdur

Martın 21-də Qazaxıstanın Çimkənd şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 10-cu turu çərçivəsində “Baku Fires” “Astana Arlans”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, cari mövsümdə bütün görüşlərdə qalib gələn Qazaxıstan komandası 27 xalla qrupun vahid lideridir.

Komandaların heyətləri artıq məlumdur:

“Astana Arlans” – “Baku Fires”  
52 kq. Oljas Sattıbayev  – Murad Rabadanov   
60 kq. Zakir Safiullin  – Albert Səlimov    
69 kq. Kanaqat Maralov  - Pərviz Bağırov    
81 kq. Hrvoe Sep  – Mixail Dauqalivets     
+91 kq. Filipp Hrqoviç – Hacı Murtuzəliyev  

“İtalia Thunder”lə səfər qarşılaşmasında qalib gələn Rabadanov bu dəfə də heyətə daxil edilib.

“Baku Fires”in baş məşqçisi fərdi reytinqdə 1-ci olan Albert Səlimovu da Qazaxıstana aparmağı məqsədə uyğun sayıb. Boksçumuz ötən il Bakıda keçirilən “İpək Yolu” turnirinin qalibi olmuş Safiullinlə üz-üzə gələcək.

Fərdi reytinqdə 4-cü yerdə olan Pərviz Bağırov lisenziya şansını artırmaq üçün mütləq Qazaxıstandan qələbə ilə dönməlidir.

“Astana Arlans” komandasının ən güclü boksçuları 81 və super ağır çəki dərəcələrində olan idmançılardır. Xorvatiyalı Hrvoe Sep hazırda fərdi reytinqdə 3-cü yeri tutur. Xorvatiyalı boksçu 2011-ci ildə Ankara keçirilən Avropa çempionatının bürünc mükafatçısı olub.

Filipp Hrqoviç reytinq cədvəlinə başçılıq edir.  Onun qarşısına bu il liqada ilk görüşünü keçirəcək  Hacı Murtuzıliyev çıxacaq. 

Qeyd edək ki, Qubada keçirilən görüşdə “Astana Arlans” Baku Fires”i 3:2 hesabı ilə məğlub etmişdi. 

Bu həftə B qrupunda  “Caciques Venezuela” doğma divarlar arasında USA “Knockouts” komandasını qəbul edəcək.  “Puerto Rico Hurricanes” “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland”  isə “Argentina Condors”un qonağı olacaq.

Turnir cədvəli
1. “Astana Arlans” – 27 xal,  (döyüşlərin nəticələri  37-8)
2. Baku Fires – 20, (31-14)
3. USA “Knockouts” – 19,  (25-20)
4. "İtalia Thunder” – 16, (25-19)
5. “Puerto Riko Hurricanes” – 14, (20-25)
6. “Venezuela Cacquez” – 11, (16-29)
7. “Rafako Hussars Poland” – 10, (17- 28) 
8. “Argentina Condors” – 1,  (8-36)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.