10 mart 2015 12:30

Səlimov reytinqdə 1-ci yerə yüksəldi

Ümumdünya Boks Seriyasında (WSB)  yeni fərdi reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutur.

“Baku Fires” klubunun üzvü siyahıda kubalı Alvarez Estrada və rusiyalı Adlan Abdurraşidovu qabaqlayır.

Məhəmməd Qurbanov (56 kq) reytinqdə 2-cı sıradadır. 3 döyüşdən sonra 15 xal toplayan boksçumuz yalnız amerikalı Fransisko Martinezden geri qalır.

Arslanbek Mahmudov (+91 kq) döyüşlərinin çoxunu nokautla başa vursa da, o, hələ 3-cü pillədədir. 19 xalı olan boksçumuz  xorvatiyalı Filip Hrqoviç və britaniyalı Cozef Coyzdan geri qalır.

Milli komandamızın üzvü Pərviz Bağırov (69 kq) 15 xalla 4-cü yerdədir. Həmyerlimizi Rəcəb Butayev (Rusiya), Məhəmməd Rabii (Mərakeş) və Stever Donelli (İrlandiya) qabaqlayır.

91 kq çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev də hələ ki 4-cü sıradadır. Hesabında 15 xal olan boksçumuz İqor Yakubovski (Polşa), Vasili Levit (Qazaxıstan) və Erislandi Savondan (Kuba) bir görüş az keçirib.

Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev (64 kq) 15 xalla reytinqdə 4-cü yeri tutur. Bu çəkidə reytinq cədvəlinə kubalı Yasiner Toledo başçılıq edir. Meksikalı Raul Kuriel 2-ci, italiyalı Vinçenzo Mangiakapre isə 3-cü pillədədir.

Sultan Migitinov çəkisi 81 kq olan boksçuların mübarizəsində 5-ci yerdədir.

Azərbaycan boksçuları  yalnız 49, 52 və 75 kq çəki dərəcələrində reytində ilk beşliyə düşməyiblər.

Xatırladaq ki, mövsümün sonunda 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olan boksçular, digər çəkilərdə isə 1-2-ci yeri tutan idmançılar Rio Olimpiadasına vəsiqə qazanacaqlar.

 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.