9 mart 2015 19:30

Fransa yığmasının Bakıdakı təlim-məşq toplanışı

Boks üzrə Fransanın böyüklərdən ibarət milli komandası Avropa oyunlarına hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olub. Azerisport.az xəbər verir ki, fevralın 28-dən martın 8-dək davam edən toplanışda 9 boksçu iştirak edib. 

Onların arasında 2010-cu ildə Yeniyetmələrin Olimpiya oyunlarının qalibi olmuş Toni Yoka, WSB liqasından yaxşı tanıdığımız Mişel Tavares, 2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Abdel Malik Ladjali kimi tanınmış idmançılar var. 

Qeyd edək ki, Yoka bir müddət əvvəl paytaxtımızda keçirilən AİBA Pro Boxing turnirində də mübarizə aparıb. 

Azərbaycan milli komandasında isə “Baku Fires” klubunun düşərgəsində olan boksçulardan başqa digər bütün idmançılar birgə təlim-məşq toplanışında iştirak ediblər. Seçmə komandamızın liderləri Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov kimi boksçular da bu hazırlığa qatılıblar.  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.