6 mart 2015 11:15

İtalia Thunder – Baku Fires: heyətlər məlum oldu

Marttın 7-də Milanın “Alkatraz” diskotekasında Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turuunn görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən “Baku Fires” “İtalia Thunder” klubunun qonağı olacaq.

Komandaların heyətləri artıq məlumdur:

“İtalia Thunder”  – “Baku Fires”   
52 kq. Qaurav Bidhuri   – Murad Rabadanov    
60 kq. Sedik Boufrakeç  – Albert Səlimov     
69 kq. Alfonso di Russo  - Pərviz Bağırov     
81 kq. Valentino Manfredonia  – Soltan Migitinov     
+91 kq. Quido Vianello  -  Arslanbek Mahmudov 

İtaliyada “Baku Fires” klubunun heyətində daha bir boksçu debüt edəcək. Nuripaşa Talibov bu dəfə 52 kq çəki dərəcəsində Murad Rabadanovu sınamağı qərara alıb. Onun rəqibi cari mövsümdə 2 görüşdə bir qələbə qazanan Bidhuri olacaq.

Fərdi reytinqdə 1-2-ci yerləri bölüşən Albert Səlimov Milanda növbəti qələbəsini qazana bilər. Həm də nəzərə almaq lazımdır ki, onun rəqibi liqada ilk döyüşünə çıxacaq Boufrakeçdir.

Pərviz Bağırovun rəqibi olacaq Alfenso di Russo da WSB liqasında ilk görüşünü keçirəcək.

İtaliya komandasının ən güclü boksçularından biri Manfredonia Migitinovla üz-üzə gələcək. Cari mövsümdə 3 qələbə qazanan 26 yaşlı italiyalı boksçu fərdi reytinqdə 2-ci yeri tutur.

“İtalia Thunder”in superağır çəki dərəcəsindəki nümayəndəsi Vianello da bu mövsümdə inamlı təsir bağışlayır. 3 döyüşdə qalib gələn boksçu fərdi reytinqdə 5-ci sıradadır. Qeyd edək ki, onun rəqibi olacaq Mahmudovun da hesabında 3 qələbə var.

Xatırladaq ki, Qubada keçirilən görüşdə “Baku Fires” “İtalia Thunder” üzərində 4:1 hesabı ilə qələbə qazanmışdı.

Bu həftə B qrupunda “Astana Arlans”  səfərdə “Caciques Venezuela”nın qonağı olacaq.   “Puerto Rico Hurricanes” Polşada “Rafako Hussars Poland” la qarşılaşacaq. USA “Knockouts” isə doğma divarlar arasında “Argentina Condors”u qəbul edəcək.

Turnir cədvəli

1. “Astana Arlans” – 21 xal,  (döyüşlərin nəticələri  29-6) 
2. USA “Knockouts” – 16,  (20-15)
3. “Baku Fires” – 14, (22-13)
4. İtalia Thunder” – 13, (19-15) 
5. “Puerto Riko Hurricanes” – 11, (14-21)
6. “Venezuela Cacquez” – 10, (14-21)
7.  “Rafako Hussars Poland” – 7, (14- 21)  
8.  “Argentina Condors” – 1,  (7-27)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.