3 mart 2015 17:30

Boksçularımızın yeni reytinq cədvəlindəki mövqeləri açıqlandı

Ümumdünya Boks Seriyası (WSB) boksçuların yeni fərdi reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, 7 turdan sonra “Baku Fires” klubunun 6 üzvü  reytinqdə ön sıralardadır.

56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 3 döyüşün hamısında qalib gələrək, 15 xalla 1-ci yerdədir.

Albert Səlimov çəkisi 60 kq olan boksçular arasında rusiyalı Adlan Aburaşidovla birgə 1-2-ci yerləri bölüşür. Hər iki boksçu 3 qələbə qazanıb və 15 xala malikdir.

Superağır çəki dərəcəsində liderlərdən sayılan Arslanbek Mahmudov da 1-2-ci yerləri bölüşür. Boksçumuz kimi “Astana Arlans”ın xorvatiyalı üzvü Filip Hrqoviçin də 3 qələbəsi və 15 xalı var.

London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) hazırda reytinqdə 3-cü pillədədir. Hesabında 15 xalı olan milli komandamızın üzvü kubalı Yasiner Toledo və italiyalı Vinçenzo Manqiakapredən geri qalır.

81 kq çəki dərəcəsində “Baku Fires” klubunda “1-ci nömrə” hesab olunan Soltan Migitinov 11 xal toplayaraq, ukraynalı Aleksandr Xiznyakla birgə 4-5-ci yerləri bölüşür. Bu çəkidə  reytinqdə 1-ci yeri kubalı Xulio sezar la kruz Peraza tutur. Italiyalı Valentino Manfredonia 2-ci, xorvatiyalı Hrvoje Sep isə 3-cüdür.

Abdulqadir Abdullayev bu mövsüm bütün görüşlərdə qalib gəlsə də, o hələ ki, 4-cü pillədədir.  Ancaq boksçumuz ilk 3 yeri tutan idmançılardan 1 döyüş az keçirib. Abdullayev 3 qarşılaşmadan sonra 15 xala malikdir. İlk sıralarda isə polşalı İqor Yakubovski, kubalı Erislandi Savon və qazaxıstanlı Vasili Levitdir. 

Qeyd edək ki, 49, 52, 69 və 75 kq çəki dərəcələrində boksçularımız reytinqdə ilk beşliyə düşə bilməyiblər.

Ümumdünya Boks Seriyasının cari mövsümündən sonra  17 idmançı planetin ən böyük yarışında iştirak etmək hüququ əldə edəcək.  49, 91 və super ağır çəki dərəcələrində bir, digər çəkilərdə isə 2 idmançı Olimpiya vəsiqəsinə sahib olacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.