25 fevral 2015 12:45

İsayev növbəti mərhələyə vəsiqə qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Azerisport.az xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır.

Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan Elvin İsayev (60 kq) qələbə qazanıb. Milli komandamızın üzvü Belarus təmsilçisi Dmitri Sapon üzərində qalibiyyət əldə edib – 3:0.  Həmyerlimiz 1/8 final mərhələsində Gürcüstan idmançısı Otar Eronosyanla qarşılaşacaq.

91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli yarışa məğlubiyyətlə başlayıb. O, ilk görüşdə Gürcüstan nümayəndəsi Levan Guledaniyə uduzub – 1:2. 

Araz İmaməliyev də (52 kq) ilk görüşdə uduzaraq, turnirdən kənarda qalıb. Boksçumuz Korin Soqhomonyanla görüşdən məğlub ayrılıb.

Superağır çəki dərəcəsində mübarizə aparan Asəf Aslanlı da növbəti mərhələyə vəsiqə qazana bilməyib. Aslanlı Belarus təmsilçisi Aleksey Zavatinə ciddi müqavimət göstərə bilməyib.

Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə üz-üzə gələcək. Yana Alekseyevanın (60 kq) rəqibi bolqarıstanlı Svetlana Kamenova olacaq. 54 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova isə yunanıstanlı Aiketerini Koutsogeorqopo ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.