21 fevral 2015 22:30

Baku Fires Puerto Riko klubu üzərində inamlı qələbə qazanıb

Fevralın 21-də Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və “Puerto Riko Hurricanes” komandaları arasında keçirilən qarşılaşmada boksçularımız inamlı qələbə qazanıblar. Azerisport.az xəbər verir ki, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə ilk döyüş Elvin Məmişzadə (52 kq, “Baku Fires”) və Xavyer Çintron Okasio (“Puerto Riko Hurricanes”) arasında keçirilib.

Bu mübarizədə rinqi Puerto Rikolu boksçu qalib tərk edib. Növbəti döyüşdə Albert Səlimov (60 kq) Angel Lopesə qalib gələrək hesabı bərabərləşdirib. Gərginliyi ilə yadda qalan Pərviz Bağırov (69 kq) Flaz Niklaus döyüşündə də “Baku Fires”in üzvü üstün olub. Qarşılaşmada dördüncü döyüş Soltan Migitinovla (81 kq) Cozef Laboy arasında keçirilib. Təmsilçimiz Soltan Migitinov rəqibinə şans verməyərək mübarizədən qalib ayrılıb. Son döyüşdə isə Enrike dos Santos Nasimento ilə qarşılaşan Arslanbek Mahmudov (91 kq-dan yuxarı) rəqibinə nokautla qalib gəlib. Beləliklə, qarşılaşma 4-1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Qeyd edək ki, “Baku Fires” komandası Dünya Boks Seriyasının V mövsümündə B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə növbəti mərhələyə çıxmaq uğrunda yarışır.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.