20 fevral 2015 17:30

Puerto Riko komandası 29 saata Qubaya çatıb

Bu gün  Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun “Baku Fires” – “Puerto Rico Hurricanes” qarşılaşması ərəfəsində  mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, qonaq komandanın superağır çəki dərəcəsindəki təmsilçisi  braziliyalı Enrike dos Santos Nasimento Türkiyədə kəskin hava şəraiti ilə bağlı uçuşların təxirə salınması səbəbindən yalnız axşam saatlarında Qubada olacaq. 

Mətbuat konfransında “Puerto Rico Hurricanes”in baş meneceri Oskar Rodriges bunları dedi: “Yerli komandaya bizi yaxşı  qarşıladıqlarına görə minnətdarlığımı bildirirəm. WSB-nin debütantı kimi ilk mövsümdə qrupdan çıxmağı hədəfləmişik. Bəzi çəkilərdə  Olimpiadaya lisenziya qazanmaq da istəyirik. 1-2 boksçumuz buna yaxındı. Qrupumuzda bərabər səviyyəli komandalar cəmləşib. Xallar bir-birinə yaxındı. Bu üzdən sabahki döyüş haqda proqnoz verməkdə çətinlik çəkirəm. Ancaq bizi ağır döyüş gözlədiyini deyə bilərəm.  Bura gələrkən 28-29 saat yolda olmuşuq. Puerto Riko-ABŞ-Rusiya-Azərbaycan marşrutu ilə hərəkət etmişik. Ancaq boksçuların bərpa olduğunu söyləyə bilərəm”.

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov komandamızın rinqə qələbə üçün çıxacağını deyib: “ Boksçularımız döyüşə yaxşı hazırlaşıb. Hədəfimiz  doğma rinqdə qələbə qazanmaqdır.  ABŞ-dakı görüşün video yazısını izləmişik.  56 və 75 kq-da boksçularımız qalib gəlsə də, hakimlərin  hakimlərin qeyri-obyektivliyi ilə üzləşdik. Həmin görüşlərdə qələbə əlimizdən alındı”.   “Baku Fires”in baş məşqçisi  dağıstanlı mütəxəssis  Zübeyr Cəfərovun fikirlərinə də münasibət bildirib: “ O,  Dağıstan  idman məktəbinin Azərbaycan üçün işlədiyini deyib? WSB liqasının ilk mövsümündən “Baku Fires”də dağıstanlı boksçular üstünlük təşkil edir. Onlar arasında Rusiya çempionatının mükafatçıları var.   Orda sistem başqa cür qurulduğundan həmin boksçular yığmada möhkəmlənə bilmirlər.  Əslində  onların Rusiya millisinə cəlb olunmamasında Zübeyr Cəfərovun da rolu var. Azərbaycan var olsun ki, həmin boksçulara sahib çıxır. Burada bizə hər bir şərait yaradılıb. Onlar işlə təmin olunur.  Beynəlxalq yarışlarda iştirak etmək imkanı qazanır. Dağıstanda burda verilən mükafatın yarısını versələr, boksçular elə öz ölkələrində qalar”. 

Talibov fərdi reytinqdən də danışıb: “Lisenziya məsələsində hələ nəsə demək tezdi.  Düzdü, boksçularımızdan hələ ki yalnız Albert Səlimov reytinqdə liderdi. Ancaq digər boksçuların da Olimpiadaya vəsiqə qazanmaq şansları var. Hər şeyə apreldə aydınlıq gələcək. WSB-də lisenziya qazanmayanlar milli komandanın heyətində digər turnirlərdə uğur qazanmaqla Braziliyaya bilet əldə edə bilərlər”.


52 kq: Elvin Məmişzadə - Xavyer Çintron Okasio

60 kq: Albert Səlimov – Anxel Lopes

69 kq: Pərviz Bağırov – Flaz Niklaus

81 kq: Soltan Migitinov – Cozef Laboy

+91 kq: Arslanbəy Mahmudov – Enrike dos Santos Nasimento

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.