9 fevral 2015 00:00

“İki ardıcıl məğlubiyyətdən sonra qələbə qazanmalı idik"

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu cari mövsümdə ikinci qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, “Rafako Hussars Poland” komandası ilə görüşdən sonra (5:0) baş məşqçi Nuripaşa Talibov fikirlərini bildirib:

“İki ardıcıl məğlubiyyətdən sonra qələbə qazanmalı idik. Şadam ki, inamlı qalibiyyət əldə etdik. Uşaqların hamısı baxımlı, effektli qələbə qazanmaq istəyirdi. Bu da onların döyüşünə bir qədər təsir göstərirdi. Buna baxmayaraq 5 boksçunun hamısı üstün döyüş nümayiş etdirdi. Albert Səlimov və Arslanbek Mahmudov cari mövsümdə ikinci qələbələrini qazandılar. Pərviz Bağırov bu gün WSB liqasında debüt etdi. Həmişə ilk döyüş çətin olur. Fikirləşirsən ki, sona qədər gücüm çatacaq, ya yox. Amma Pərviz yaxşı təsir bağışladı. 5 raundun hamısında hakimlər üstünlüyü ona verdilər. Yavaş-yavaş  azarkeşləri yenidən zala qaytarırıq. Bu gün Quba Olimpiya Kompleksi tam dolmuşdu. Onlara da təşəkkür edirəm”.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.