6 fevral 2015 15:15

"İki görüşdə uduzmağımıza baxmayaraq, hələ heç nə itirilməyib"

Sabah Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turu çərçivəsində “Baku Fires” və “Rafako Hussars Poland” klubları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün hər iki komandanın baş məşqçilərinin və boksçuların iştirakı ilə mətbuat konfransı keçirilib.

Komandamızın baş məşqçisi Nuripaşa Talibov startda iki məğlubiyyət almalarının onu qorxutmadığını deyib: “İki görüşdə uduzmağımıza baxmayaraq, hələ heç nə itirilməyib. Hər qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək. Odur ki, 4-cü yer də bizi qane edir. Əminəm ki, pley-off mərhələsinə yüksələcəyik”.

“Rafako Hussars Poland” klubunun baş meneceri Yojek Şelaqovski “Baku Fires”i güclü rəqib kimi xarakterizə edib: “Azərbaycan komandası çox güclüdür. Ötən mövsüm onlar hər iki görüşdə bizi məğlub etdi. Düzdür, bu il heyətimiz fərqlidir. Komandamıza yeni boksçular dəvət olunub. Amma bu dəfə də bizə çətin olacaq. “Baku Fires”in ağır çəkili boksçuları güclüdür. Yeni məşqçimiz var. Bu il çalışacağıq ki, qrupdan çıxaq. Yüngül və orta çəkilərdə Olimpiya oyunlarına lisenziya almağa da iddialıyıq”.

Komandamızın heyətində ən titullu boksçulardan olan Albert Səlimov da (60 kq) görüşlə bağlı fikirlərini bildirib: “Bütün qarşılaşmalara qələbə üçün çıxıram. Fərq etməz rəqibim kimdir. Qələbə qazanaraq, şəxsi göstəricilərimi yaxşılaşdırmaq istəyirəm.  İnanıram ki, sabah komandamız inamlı qələbə qazanacaq”.

Səlimovla üz-üzə gələcək David Miçelius rəqibini tanıdığını qeyd edib: “Səlimovun hansı titullara malik olduğunu bilirəm. Onun haqqıda məlumatım var. Vasili Lomaçenko ilə döyüşlərinin də necə gərgin keçdiyini bilirəm. Gənc olmağıma baxmayaraq, sabah əlimdən gələni edəcəm. Məşqçilər mənə etimad göstəriblərsə, deməli, nəyəsə qadirəm”.

Qeyd edək ki, son anda “Rafako Hussars Poland” komandasının heyətində dəyişiklik edilib. 69 kq çəki dərəcəsində Stiven Donellinin əvəzinə Rafal Perçinski rinqə çıxacaq.

Komandaların heyəti:

“Baku Fires” – “Rafako Hussars Poland”

52 kq. Elvin Məmişzadə - Qrjeqorj Kozlovski

60 kq. Albert Səlimov – David Miçelus

69 kq. Pərviz Bağırov – Rafal Perçinski

81 kq. Soltan Migitinov – Yordan Kulinski

+91 kq. Arslanbek Mahmudov – Mantas Valaviçius

Xatırladaq ki, “Baku Fires” – “Rafako Hussars Poland” görüşü fevralın 7-də saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.