6 fevral 2015 14:15

Salman Əlizadə növbəti mərhələdə

Macarıstanın Debretsen şəhərində boks üzrə İstvan Boşkai beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günündə milli komandamızın 6 üzvü rinqə çıxıb.

52 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Məsud Yusifzadə ilk görüşdə Macarıstan boksçusu Patrik Horvatı məğlub edib – 3:0.

Avropa çempionu Salman Əlizadə də (49 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz qazaxıstanlı Kunaiş Sabiri mübarizədən kənarlaşdırıb – 3:0.

Rauf Rəhimov isə (81 kq) Debretsen turnirində ikinci döyüşündə məğlub olub.  Milli komandamızın üzvü yerli idmançı Norbert Harksa uduzub – 1:2.

Rəhimov kimi Elvin İsayev də (60 kq) ikinci görüşdən sonra turnirlə vidalaşmalı olub. Azərbaycan çempionu Macarıstan nümayəndəsi Andraş Vadasla dueldən məğlub ayrılıb – 0:3. 

Axşam proqramında rinqə çıxan iki boksçumuz isə qələbə qazanıb. Uuzun illər WSB liqasında “Baku Fires” klubunun heyətində çıxış edən,  indisə “Gilan” klubunda olan Xaybulla Musalov (75 kq) ilk qarşılaşmada polşalı Arkadiuş Şvedoviç üzərində qələbə qazanıb – 2:0.

 Azərbaycan çempionu  Elnur Əliyev (64 kq) turnirə qələbə ilə start götürüb. Boksçumuz misirli Məhəmməd Əli Əhməddən üstün olub – 2:1. 

Qeyd edək ki, yarışa fevralın 8-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.