5 fevral 2015 16:00

İki boksçumuz qələbə ilə başladı

Macarıstanın Debrersen şəhərində İştvan Başkainin xatirəsinə həsr olumuş ənənvi boks turnirinə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan milli komandasının üzvləri də mübarizə aparır.

Yarışın ilk günündə 3 boksçumuz rinqə çıxıb və hər üç həmyerlimiz yerli idmançılarıa qarşılaşıb. 60 kq çəki dərəcəsində çıxış edən ölkə çempionu Elvin İsayev Krizstian Sinko ilə döyüşdən qalib ayrılıb – 3:0.

81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da yarışa qələbə ilə başlayıb. Gənclər arasında Avropa çempionu ilk görüşdə İmre Buqyiki məğlub edib – 2:1.

Fərid Ağamoğlanov (56 kq) isə yarışla erkən vidalaşıb. Boksçumuz Viktor Qaloşa uduzub – 0:3.

Qeyd edək ki, adı çəkilən boksçulardan başqa yarışda Salman Əlizadə (49 kq), Məsud Yusifzadə (52 kq),  Elnur Əliyev (64 kq) və Xaybulla Musalov (75 kq) da mübarizə aparır.   

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.