5 fevral 2015 12:00

Baku Fires - Rafako Hussars Poland: heyətlər məlumdur

Fevralın 7-də, saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu Polşanın “Rafako Hussars Poland”  komandası ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Rafako Hussars Poland”  
52 kq. Elvin Məmişzadə - Qrjeqorj Kozlovski  
60 kq. Albert Səlimov - David Miçelus   
69 kq. Pərviz Bağırov - Stiven  Donnelli   
81 kq. Soltan Migitinov - Jordan Kulinski   
+91 kq. Arslanbek Mahmudov - Mantas Valaviçius 

Polşa klubu ilə görüşdə komandamızın heyətində Pərviz Bağırov debüt edəcək. Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin qalibi Şimali İrlandiya boksçusu Donnelli ilə üz-üzə gələcək. 

“Baku Fires”in heyətində Arslanbek Mahmudov cari mövsümdə 2-ci qələbəsini qazanmağa çalışacaq. Onun rəqibi Litva təmsilçisi Mantas Valaviçius olacaq. Ötən il  Qroznıda Əhməd Kadırovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edən litvalı boksçu ilk görüşdə uduzmuşdu. Valaviçius 2013-cü ildə Neft Ölkələrinin Dünya Kubokunda milli komandamızın üzvü Kamran Mehdiyevə də məğlub olub.

Mahmudovdan başqa, Albert Səlimov da bu mövsüm artıq bir  qələbə qazanıb. Dünya və Avropa çempionumuz 2010-cu ildə Bakıda keçirilən gənclər arasında dünya birinciliyində və həmin il Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında bürünc medal qazanmış David Miçelusla üz-üzə gələcək. 

Birinci turda səfərdə Puerto Riko klubuna 2:3 hesabı ilə uduzan “Rafako Hussars Poland” 2-ci turda doğma arenada eyni hesabla “Astana Arlans”a məğlub olub. Polşa komandası ötən tur doğma divarlar arasında “Argentina Condors” üzərində 5:0 hesablı qələbə qazanıb.

Bu həftə B qrupunda “Puerto Riko Hurricanes”  “Caciquez Venezuela”-nı, “Argentina Condors” “İtalia Thunder”i, “Astana Arlans” isə USA “Knockouts”u qəbul edəcək.  

Turnir cədvəli 
1. “Astana Arlans” – 9 xal,  (döyüşlərin nəticələri  15-11) 
2. USA “Knockouts” – 9,  (15-10)
3. “Rafako Hussars Poland” – 5, (15-9) 
4. “Baku Fires” – 5, (15-8)  
5. “Puerto Riko Hurricanes” – 5, (15-6) 
6. “İtalia Thunder” – 4, (15-8) 
7. “Venezuela Caciquez” – 4, (15-5) 
8. “Argentina Condors” – 0,  (15-3)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.