2 fevral 2015 00:05

"Əsas məqsədimiz bəzi çəki dərəcələrində Olimpiadaya vəsiqə qazanılmasıdır"

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev “Astana Arlans”la görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Sizə elə gəlmir ki, Jaba Xositaşvili rəqibinə sırf taktiki cəhətdən uduzdu? Çünki o gücünü bütün raundlara bərabər şəkildə bölə bilmədi. Artıq 2-ci raunddan sonra yorulduğu görünürdü.
- Əslində 75 kq-da əsas boksçumuz Nikolay Veselova şans vermək istəyirdik.  Ancaq o italiyalı boksçu ilə döyüşdə qulağından zədələnmişdi. Və məşqçilərə dedi ki, hələ də ağrıları var. Bu səbəbdən risk etmək istəmədik. Veselov 75 kq çəki dərəcəsində Olimpiya oyunlarına lisenziya qazana bilər. Xositaşvilinin öncədən görüşə çıxması planlaşdırılmırdı. O, cəmi 1 həftə tam hazırlıq keçdi. Bəlkə də döyüşə yaxşı köklənə bilmədi. Ötən il Nursultanov  69 kq çəki dərəcəsində çıxış edirdi. Və Yevgeni Romaşkeviç çətinlik çəkmədən onu məğlub etmişdi.  Uduzduğumuza görə çox da məyus deyilik. Çünki güclü komandaya məğlub olmuşuq. Qazaxlar hazırda qrupda liderdi. Ümumiyyətlə, bu ölkə hazırda dünya boksunda liderlik edir. Sıradan adi komandaya uduzmamışıq.  Bundan sonra döyüşlərə daha yaxşı hazırlaşacağıq.
 
- Bu məğlubiyyət hədəflərinizə təsir göstərməyəcək?
- Yox. Əsas məqsədimiz bəzi çəki dərəcələrində Olimpiadaya vəsiqə qazanılmasıdır.  Komanda uğuruna ciddi önəm vermirik. Çünki qrup mərhələsinə aprelin sonunda yekun vurulacaq.  İyunda isə Avropa Oyunları keçiriləcək. Belədə boksçuların həmin yarışadək bərpa olunması məsələsi gündəmə gəlir. Məşqçilər qarşısına ən azı 3 lisenziyanın əldə edilməsi tapşırığını qoymuşuq.

- Mətbuat konfransında Rahil Məmmədlinin döyüşə hazır olduğunu demişdiz...
- 91 kq-da əsas boksçumuz Abdulqadir Abdullayev əlindən zədələndi.  Belaruslu Leonid Çernobayevin adını isə texniki problemlərdən vaxtında sifariş ərizəsinə sala bilmədik. . Bu üzdən Rahilə şans verdik. Bu çəkidə heç bir boksçunu rinqə çıxarmasaydıq, AİBA bizi cərimələyə bilərdi. Komandadan xal da silinə bilərdi.  Məmmədli iki raund pis mübarizə aparmadı. Amma gəncdir, təcrübəsi azdır. Həm də 2 gün əvvəl düşərgəmizə gəlib..

- Teymur Məmmədovu çağırmaq olmazdı?
- O milli komandanın heyətində Macarıstanda keçiriləcək beynəlxalq turnirə hazırlaşır. Onsuz da Rahilin təcrübəli Vasili Levitə qalib gələcəyini gözləmirdik.  Bizimlə məşq etmək imkanı olmamışdı. Məşqçilər onun yorulduğunu görüb, döyüşü davam etdirməyin mənasız olduğunu bildirdilər. O fiziki cəhətdən bu döyüşə hazır deyildi.
 

- Heyətə mövsümün gedişində əlavələr etmək mümkündür?
- Bəli. 5 yerli boksçunu komandamıza cəlb edə bilərik. Ancaq bundan sonra əcnəbi boksçuları heyətə qatmaq imkanımız yoxdu. Məşqçilər buna qərar verəcək. Onlar izləyirlər yarışları. Və kim lazımdırsa, çağıracaqlar.

- Ardıcıl 2 məğlubiyyətdən sonra qubalıların görüşlərinizə marağının azalacağını düşünmürsüz?
- Yox, belə fikirləşmirəm. Hamı gördü ki, heç bir boksçu rəqibə asanlıqla təslim olmadı. . Demək olar ki, hamı sonadək döyüşdü. İdmanda hər zaman qalib gəlmək mümkün deyil.  Yenə deyirəm, əsas hədəfimiz lisenziyalar qazanmaqdı.

- Qarşılaşma başa çatdıqdan sonra baş məşqçi ilə emosional söhbətiniz oldu. Nə haqda danışırdız?
- Sonuncu döyüş haqda söhbət etdik. Talibov dedi ki, Veselov komanda Venesuelaya yollananda döyüşə bilməyəcəyini bildirib. Məşqçi bu üzdən Jabanı görüşə yaxşı hazırlaşa bilmədiyini söylədi.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.