29 yanvar 2015 16:45

Baku Fires - Astana Arlans: heyətlər məlumdur

Yanvarın 31-də, saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu  Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Astana Arlans” 
49 kq. Rəsul Saliyev  – Temirtas Jusupov  
56 kq. Məhəmməd Qurbanov – Nursultan Koşequlov  
64 kq. Heybətulla Hacəliyev  – Asxat Ualixanov  
75 kq. Jaba Xositaşvili – Meyrim Nursultanov  
91 kq. Rahil Məmmədli – Vasili Levit 

Bu dəfə komandamızın heyətində iki boksçu WSB liqasında debüt edəcək. Bunlar Rəsul Saliyev və Rahil Məmmədlidir.  Məmmədli bu ay keçirilən Azərbaycan çempionatında yalnız final görüşündə təcrübəli Teymur Məmmədova uduzub. 91 kq çəki dərəcəsində mübarizə aparacaq həmyerlimiz finalda 2009-cu ilin Asiya çempionu Vasili Levitlə üz-üzə gələcək.  Digər debütant Saliyev üçün də asan olmayacaq. O, Qazaxıstan çempionu, 2013-cü il Asiya çempionatının qalibi Jusupovla görüşəcək. 

Ualixanovun da WSB-də böyük təcrübəsi var. Qazaxıstan boksçusu hələ 2013-cü ildə o vaxt “Baku Fires”in şərəfini qoruyan Osman Əliyevi məğlub etmişdi.

“Astana Arlans” klubu cari mövsümdə  hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən qazaxlar 2-ci turda səfərdə “Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələmişdi.

“Baku Fires” isə ilk turda Qubada “İtalia Thunder” üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzdu.  

Bu həftə qrupumuzda USA Knockouts Caciquez Venezuela-nı, Rafako Hussars Poland Argentina Condors-u,  İtalia Thunder isə Puerto Riko Hurricanes-i qəbul edəcək.

Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”,  “Puerto Rico Hurricanes”,  “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.

A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq.

Bu mövsüm 3 yeni komanda – Mərakeş, Venesuela və Puerto klubları WSB liqasına qoşulublar. Bundan başqa, Çin və Böyük Britaniya yenidən bu yarışda iştirak etməyə razılıq verib.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Xatırladaq ki, “Baku Fires” ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci nəticə göstərmişdi.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.