25 yanvar 2015 18:30

Baku Fires ikinci görüşündə məğlub oldu

Ümumdünya Boks Seriyasının (WSB) 2-ci turun matçında Azərbaycanın “Baku Fires” klubu səfərdə Venesuelanın “Caciques Venezuela” komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, Karakas şəhərində keçirilən görüşdə komandamız 2:3 hesabı ilə məğlub olub. 

Döyüşlərin nəticələri:

Caciques Venezuela  - Baku Fires
52 kq. Bermudez Salas  – Elvin Məmişzadə  – 3:0 (49:46, 48:47, 49:46).
60 kq. Nestor Armas – Albert Səlimov  - 0:3 (44: 50, 45:50, 45:50). 
69 kq. Maestre Perez  – Yevgeni Romaşkeviç – 3:0 (49:46, 49:46, 49:46). 
81 kq. Ramirez Duran – Soltan Migitinov  – 2:1 (48:47, 48:47, 46:49). 
+91 kq. Munoz Mata – Arslanbek Mahmudov  –TKO R-4 

Komadamızın heyətində superağır çəki dərəcəsindəki təmsilçisi Mahmudov bu dəfə də inamlı qələbə qazanıb. Onun zərbələri qarşısında aciz qalan Venesuela boksçusu 4-cü raunddan sonra döyüşü davam etdirməkdən imtina edib.  

“B” qrupunda digər nəticələrə gəlincə, “Argentina Condors” doğma divarlar  arasında “Puerto Riko Hurricanes” klubuna 2:3 hesabı ilə uduzub.  USA “Knockouts” yerli publika qarşısında “İtalia Thunder” üzərində qələbə qazanıb – 3:2.  “Astana Arlans” isə səfərdə “Rafako Hussars Poland” klubunu 3:2 hesabı ilə məğlub edib.

Turnir cədvəli:
1. Astana Arlans  – 6 xal, döyüşlərin fərqi - 8-2 (2 matç)
2. USA Knockouts –6, 7-3 (2)
3. Puerto Riko Hurricanes – 6, 6-4 (2) 
4. Baku Fires – 4, 6-4 (2) 
5. Caciques Venezuela – 3,  3-7 (2) 
6. Rafako Hussars Poland – 2,  4-6 (2) 
7. İtalia Thunder – 1,  3-7  ( 2)

“Baku Fires” növbəti görüşünü yanvarın 31-də Quba Olimpiya Kompleksində “Astana Arlans” klubuna qarşı keçirəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.