19 yanvar 2015 01:00

Rizvan Gənciyev: Zərbə o qədər cəld oldu ki, hər şeyin necə baş verdiyini görə bilmədim

“Baku Fires” Ümumdünya Boks Seriyasının (WSB) V mövsümünə inamlı qələbə ilə başlayıb. Azerisport.az xəbər verir ki, komandamız Quba Olimpiya Kompleksində “İtalia Thunder”i 4:1 hesabı ilə məğlub edin.

Görüşdən sonra “Baku Fires”in baş meneceri Rizvan Gənciyev jurnalistlərin suallarını cavablandırıb.

- Yəqin ki, hər şey gözlədiyiniz kimi oldu. Komanda çempionata 4:1 hesablı qələbə ilə başladı. Boksçuların çıxışından razı qaldınızmı? 
- Düzü, əvvəlcədən də bilirdik ki, 49 kq çəki dərəcəsində döyüş bizim üçün çətin olacaq. Bu çəkidə bir az çətinliyimiz var. Həm də gənc Məhəmməd İbiyevin rəqibi Olimpiya oyunlarının 2 qat bürünc mükafatçısı, Avropa çempionu Patrik Bars idi. İrlandiya boksçusu çox təcrübəli bir idmançıdır. Amma buna baxmayaraq, İbiyev əlindən gələni etdi. Sonadək rəqibinə müqavimət göstərməyə çalışdı. Digər çəki dərəcələrindəki boksçularımız çox yaxşı çıxış etdilər. Rəqibin heyətində Olimpiya oyunlarının iki mükafatçısı – Konlan və Mangiakapreni müvafiq olaraq, Məhəmməd Qurbanov və Heybətulla Hacəliyev məğlub etdi. Hacəliyevi xüsusi ilə qeyd etmək istərdim. O, bu gün çox yaxşı təsir bağışladı. Təcrübəli İtaliya boksçusunu 2 dəfə noqdauna saldı. Abdulqadir Abdullayev isə həmişəki kimi öz ampluasında idi. Boksçumuz bu dəfə italiyalı Fabio Turçini nokautla məğlub etdi. Açığı, zərbə o qədər cəld oldu ki, hər şeyin necə baş verdiyini görə bilmədim. Yalnız televiziya vasitəsi ilə təkrardan izlədim.  Biz komandaya yeni məşqçilərin cəlb olunmasının faydasını görürük. Boksçularımızın taktiki-texniki cəhətdən hazırlığında irəliləyiş var. Bu da onu göstərir ki, doğru yoldayıq. Bu mövsüm boksçularımız sonadək əzmlə mübarizə aparmalıdırlar. Çünki WSB liqasından 17 idmançı Rio Olimpiadasına lisenziya qazanacaq. Yəni boksçular bu məqsəd üçün  motivasiya olmalıdırlar. Yarışa yaxşı hazırlaşmağımız üçün bizə hər bir şərait yaradan Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova  təşəkkür edirəm. İnanıram ki, “Baku Fires” klubunun boksçuları Azərbaycan milli komandasının heyətində həm Avropa Oyunlarında, həm də dünya çempionatında çıxış edəcəklər. Ən əsası isə Olimpiadaya vəsiqə qazana biləcəklər.

- Abdulqadir Abdullayevdən belə bir parlaq qələbə gözləyirdinizmi?
- Bakıdan bu yarışı izləmək üçün qonaqlarımız gəlmişdi. Onlardan biri zarafatla dedi ki, deyin, Abdulqadir nokaut etsin, həmin anda onun şəklini çəkim. Və iş elə gətirdi ki, 5 saniyədən sonar boksçumuz rəqibini yerə sərdi. Belə bir maraqlı təsadüf baş verdi. Abdullayev daim öz üzərində işləyən boksçudur. Hiss olunur ki, onda böyük irəliləyiş var. WSB liqasında bir çox döyüşlərdə qələbə qazanıb, kifayət qədər təcrübə toplayıb. 91 kq çəki dərəcəsində Olimpiya oyunlarına 1 vəsiqə veriləcək. Buna baxmayaraq, inanıram ki, Abdulqadir Rio Olimpiadasına lisenziyaya yiyələnə bilər.

- “Baku Fires”in yarışda növbəti rəqibi Venesuela klubu olacaq. Bu komanda WSB liqasında debüt edir. Onlar haqqında hər hansı məlumatınız varmı?
- Venesuelalılar barədə o qədər də geniş informasiyamız  yoxdur. AİBA peşəkar rinqdə 20-dən çox döyüş keçirməyən boksçuların WSB-də çıxışına icazə verir. Çox güman ki, Venesuela komandasının heyətində də bü cür peşəkar boksçular olacaq. 69 kq çəki dərəcəsində güclü idmançıları var. O, dünya çempionatının mükafatçısı olub.  Yanvarın 20-də Karakas şəhərinə yollanacağıq. Döyüşkən heyət aparırıq.  52 kq çəki dərəcəsində Elvin Məmişzadə, 60 kq-da Albert Səlimov, 69-da Yevgeni Romaşkeviç, 81-də Soltan Migitinov və superağır çəki dərəcəsində Arslanbek Mahmudov çıxış edəcək. Ümid edirəm ki, onlar etimadımızı doğruldacaqlar və Venesueladan istənilən nəticə ilə qayıdacağıq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.