16 yanvar 2015 20:15

"İndi komandada olanların əksəriyyəti yığma komandanın bir nömrəsidir"

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) V mövsümü ilə əlaqədar mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, konfransda Azərbaycanın "Baku Fires" klubu və İtaliyanın "İtalia Thunder" komandasının baş məşqçisi, baş meneceri və idmançıları iştirak edib.

Qonaq komandanın baş meneceri Kladio Ballor yanvarın 17-də keçiriləcək döyüşdə "İtalia Thunder" idmançılarının uğur qazanacağına ümid etdiyini bildirib: "Baku Fires"in yaxşı boksçuları var. Burada motivasiya böyük rol oynayır. Ümid edirəm ki, sabah keçiriləcək görüş bizim xeyrimizə nəticələnəcək".

"Baku Fires"ın baş meneceri Rizvan Gənciyev yeni mövsümün çətin və məsuliyyətli olacağını diqqətə çatdırıb. O, komandanın heyətində edilən dəyişikliklərdən danışıb: "Bəzi boksçular göndərilib, yeni məşqçi, həkim dəvət olunub. Sergey Korçinski artıq məşqçi kimi bizə kömək edəcək.

İndi komandada olan boksçuların əksəriyyəti yığma komandanın bir nömrəsidir. Bakıda keçiriləcək I Avropa Oyunlarında da çıxış etmək istəyirik. Həmçinin hazırkı yarışda komandadan 2016-cı il Rio  Olimpiadasına 10 lisenziya gözləyirəm. Kimlərə ümid bəslədiyimi desəm, digərlərinin qəlbinə dəyə bilər. Ona görə də əvvəlcədən demək istəmirəm. Ola bilər ki, mən lisenziya gözlədiyim boksçumuz uğur qazanmaz  Ancaq ümid bəsləmədiyimiz idmançı Braziliyada keçiriləcək olimpiadaya lisenziya qazana bilər."

"Baku Fires"in qrupdakı rəqiblərini dəyərləndirən baş menecer okeanın o tayına uzaq səfərlərin olacağını qeyd edib. Gənciyev bunun komandanın çıxışında problem yaratmayacağını söyləyib: "Rəqiblərimiz çox güclüdür, amma biz hər bir rəqibə qarşı hazılaşacağıq. Fevralda bizim Mayamidə görüşümüz var. Bir neçə gündən sonra Argentinaya yeni səfər olacaq, amma Bakıya qayıtmayacağıq. birbaşa həmin səfərə yola düşəcəyik. İnanıram ki, başqa qitədə döyüşmək bizim üçün heç bir maneə törətməyəcək".

Baş menecerlərin çıxışından sonra çəki mərasimi keçirilib. Döyüşçülər öz çəkilərini təsdiqləmək üçün tərəziyə çıxıblar.

Qeyd edək ki, WSB Liqasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. "Baku Fires" B qrupunda "İtalia Thunder”lə yanaşı, "Astana Arlans”, "Argentina Condors”, "Caciques Venezuela”, "Puerto Rico Hurricanes”, "Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq. A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq. WSB Liqasından 17 boksçu mövsümün sonunda 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 49 kq, 91 kq və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.