14 yanvar 2015 23:10

Baku Fires - İtalia Thunder: heyətlər məlumdur

Yanvarın 17-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşü keçiriləcək. Azerisport.az xəbər verri ki, Azərbaycanın “Baku Fires” klubu İtaliyanın “İtalia Thunder” komandası ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “İtalia Thunder”
49 kq. Məhəmməd İbiyev  – Patrik Barns 
56 kq. Məhəmməd Qurbanov – Maykl Konlan 
64 kq. Heybətulla Hacəliyev  – Vinçenzo Mangiakapre 
75 kq. Nikolay Veselov – Salvatore Kavallaro 
91 kq. Əbdülqədir Abdullayev – Fabio Turçi

İtaliya klubunun heyətində iki irlandiyalı boksçu rinqə çıxacaq. İbiyevin rəqibi olacaq Barns Pekin və London Olimpiadalarının bürünc mükafatçısıdır. O, 2010-cu ildə Avropa çempionatının finalında həmyerlimiz Elvin Məmişzadəni məğlub edərək, qızıl medal qazanıb. 

Qurbanovla qarşılaşacaq Konlan da Olimpiadada mükafat əldə edib. İrlandiya boksçusu London -2012-də  bürünc mükafata sahib olub. 

“İtalia Thunder”in daha bir tanınmış boksçusu Mangiakapredir. İtaliya seçmə komandasının üzvü London Olimpiadasında və 2011-ci ildə Bakıdakı  dünya çempionatında bürünc medala layiq görülüb.

“Baku Fires” klubunda bütün boksçular isə WSB liqasında böyük təcrübəyə malikdirlər.

Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”,  “Puerto Rico Hurricanes”,  “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.

A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq.

Bu mövsüm 3 yeni komanda – Mərakeş, Venesuela və Puerto klubları WSB liqasına qoşulublar. Bundan başqa, Çin və Böyük Britaniya yenidən bu yarışda iştirak etməyə razılıq verib.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Xatırladaq ki, “Baku Fires” ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci nəticə göstərmişdi.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.