12 yanvar 2015 16:30

Yarımfinalçılar müəyyənləşdi

Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq yarışda yarımfinalçıların adları məlum olub.

Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq) Təbriz Şirvanini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinalda onun rəqibi “Gilan” klubunun üzvü Kamran Məlikov olacaq. 49 kq çəki dərəcəsində Azərbaycan kubokunun qalibi olmuş Araz İmaməliyev 52 kq çəki dərəcəsində də yarımfinala yüksəlib. O, ¼ finalda texniki nokautla Mehdi Seyidovu məğlub edib.

60 kq çəki dərəcəsində əsas favoritlərdən olan milli komandamızın üzvü Elvin İsayev də yarımfinalda gücünü sınayacaq.

Lorenzo Sotomayorun (64 kq) ¼ finalda uduzması ölkə çempionatının əsas gözlənilməz nəticələrindən sayılır. Kuba əsilli boksçu Lənkəran idmançısı Xəzər Əliyevə məğlub olub. 

69 kq çəki dərəcəsində Romal Aslanovla Elnur Süleymanov arasında qarşılaşma böyük maraqla gözlənilirdi. 3:0 hesabı ilə qalib gələn Gilan klubunun nümayəndəsi Aslanov yarımfinala vəsiqə qazanıb.

“Baku Fires” klubundan ayrıldıqdan sonra “Gilan”ın şərəfini qoruyan Xaybulla Musalov da (75 kq)  mübarizəni davam etdirir. O, Kuba əsilli boksçu Rayko Santanadan üstün olub – 3:0.

81 kq çəki dərəcəsində Vətən Hüseynli ilə Elvin Qəmbərov yarımfinalda üz-üzə gələcəklər. Bu çəkidə digər yarımfinal cütlüyündə isə son ölkə çempionu Rauf Rəhimov Eldar Quliyevi sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan çempionatına yanvarın 13-də yekun vurulacaq.   

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.