11 yanvar 2015 19:00

Şahpələngovun dönüşü uğursuz oldu

Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Azerisport.az xəbər verir ki, 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 3-cü görüşünü də qələbə ilə başa vurub. Naxçıvan boksçusu bu dəfə Nurlan Qasımlı üzərində qələbə qazanıb. Bu çəki dərəcəsində təcrübəli Rəhim Nəcəfov da növbəti dəfə rinqi qalibiyyətlə tərk edib.

60 kq çəki dərəcəsində əsas favoritlərdən olan Elvin İsayev yarışa qələbə ilə başlayıb. Milli komandamızın üzvü Ağdaş nümayəndəsi Nicat Hacıyevi mübarizədən kənarlaşdırıb.

Ötən ilin Azərbaycan çempionu Lorenzo Sotomayor da (64 kq) ilk görüşdə çətinlik çəkməyib.  “Qəbələ” klubunun üzvü Daşqın Budayevin müqavimətini 1-ci raundda qırıb. 2010-cu ilin gənclər arasında dünya çempionu Şaban Şahpələngov isə ikinci görüşündə uduzub. Uzun fasilədən sonra rinqə qayıdan Şahpələngov  təcrübəli Elnur Əliyevlə mübarizədən məğlub ayrılıb – 0:3.  

Azərbaycan kubokunun gümüş mükafatçısı Ramal Aslanov (69 kq) növbəti mərhələyə vəsiqə qazanıb. “Gilan” klubunun üzvü öz komanda yoldaşı Pərviz Hüseynovdan üstün olub – 2:1. Bu çəki dərəcəsində qələbəyə namizədlərdən sayılan Elnur Süleymanov isə Əlixan Cəfərovu məğlub edib.

Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) ilk görüşdə çətinlik çəkməyib. Milli komandamızın üzvü Ədalət Mollayevi 1-ci raudda texniki nokautla üstələyib.

Qeyd edək kİ, Azərbaycan çempionatına yanvarın 13-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.