11 yanvar 2015 00:00

Favoritlər itkisiz irəliləyirlər

Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında ölkə çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günündə 31 döyüş keçirilib. 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə turnirə qələbə ilə başlayıb. O, ilk görüşdə Orxan Süleymanovu məğlub edib – 3:0.

Gənclərdən ibarət milli komandanın üzvü Tayfur Əliyev (56 kq) ikinci qələbəsini qazanıb. Naxçıvan boksçusu prinsipial rəqiblərindən olan Fərid Ağamoğlanovu üstələyib – 3:0.

Uzun fasilədən sonra yenidən rinqə dönən gənclər arasında 2010-cu ilin dünya çempionu Şaban Şahpələngov ilk qələbəsini qazanıb. Bu dəfə 64 kq çəki dərəcəsində çıxış edən boksçu texniki nokautla Salman İbrahimovu məğlub edib.

Əvəllər “Baku Fires” klubunun heyətində WSB liqasında döyüşən Xaybulla Musalov  (75 kq) “Gilan” klubunun üzvü kimi Azərbaycan çempionatında ilk qələbəsini qazanıb. Ötən il analoji yarışda 1-ci yeri tutmuş Musalov Mingəçevir nümayəndəsi Rauf Hacıyevi yarışdan kənarlaşdırıb. Azərbaycan çempionatında debüt edən Kuba əsilli Rayko Santana da ilk qələbəsini qazanıb. O, Sərxan Orucludan üstün olub. Bu çəkinin favoritlərindən sayılan Kamran Şahsuvarlı isə ikinci qələbəsini qazanıb. “Qəbələ” klubunun üzvü Ruhin Şabanovu məğlub edib.

Milli komandamızın üzvlərindən Rauf Rəhimov (81 kq), Kamran Mehdiyev (+91 kq) də yarışa qalibiyyətlə başlayıblar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.