9 yanvar 2015 17:00

Azərbaycan çempionatında yarış günü artırıldı

Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 150-dən çox idmançı gücünü sınayır.

Turnirin ilk günündə 23 döyüş keçirilib. Son Azərbaycan kubokunun qalibi Araz İmaməliyev bu dəfə yeni çəki dərəcəsində (52 kq) çıxış etməsinə baxmayaraq, ilk görüşdə asanlıqla qalib gəlib. O, Əli Nəbiyevi 1-ci raundda texniki nokautla üstələyib.

56 kq çəki dərəcəsində yarışan Fərid Ağamoğlanov da ilk qarşılaşmada aşkar üstünlüklə qalib gəlib. “Rabitə”nin üzvü Abşeron boksçusu Əsgər Rəhimovu məğlub edib. Gənclərdən ibarət milli komandamızın üzvü Tayfur Əliyev isə Ceyhun İbrahimlini mübarizədən kənarlaşdırıb – 2:1.

Azərbaycan kubokunun finalçısı Romal Aslanov (69 kq) ilk mərhələni döyüşsüz qələbə ilə başa vurub. Onun rəqibi Allahverdi Vəliyev rinqə çıxmaqdan imtina edib. Bu çəki dərəcəsində mükafatçılar sırasına düşməyə namizəd olan Elnur Süleymanov isə Lənkəran nümayəndəsi Məhərrəm Məmiyevi məğlub edib.

75 kq çəki dərəcəsində qələbəyə əsas namizdələrdən sayılan Kamran Şahsuvarlı (Qəbələ İK) lənkəranlı Taleh Fərzili üzərində texniki nokautla qələbə qazanıb.

Qeyd edək kİ, əvvəlcədən yarışın yanvarın 12-də başa çatması nəzərdə tutulsa da, iştirakçıların çoxluğu səbəbindən təşkilatçılar finalı ayın 13-ə təyin ediblər.  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.