6 yanvar 2015 11:20

Məcidov Omarova, Abdullayev Stanionisə qarşı

Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti görüşlər keçiriləcək. Azerisport.az xəbər verir ki, ilk yarış günündə superağır çəki dərəcəsində mübarizə aparan boksçular rinqə çıxacaq.

İki qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu dəfə  Maqomed Omarovla üz-üzə gələcək.  Rusiyali boksçu APB-də 2 döyüşdə qələbə qazansa da, birində uduzub.  Qeyd edək ki, bu Məcidovla Omarovun artıq 3-cü qarşılaşması olacaq. Milli komandamızın üzvü rusiyalı rəqibini ilk dəfə London Olimpiadasında məğlub edib. Məcidov 2013-cü ildə Almatıda keçirilən dünya çempionatının ¼ finalında da Rusiya təmsilçisindən üstün olmuşdu. Superağır çəki dərəcəsində həlledici görüşdə almaniyalı Erik Pfayferlə mərakeşli Məhəmməd Arjaoui  qarşılaşacaq.

Yanvarın 24-də çəkisi 69 kq olan boksçular rinqə çıxacaq. Milli komandamızın üzvü Tamerlan Abdullayev bu dəfə littalı Eimantas Stanionislə görüşəcək.  APB-də 3 döyüş keçirən Stanionis 2 qələbə qazanıb. Bu çəki dərəcəsində həlledici qarşılaşmada türkiyəli Öndər Sipal Keniya idmançısı Rayton Okviri ilə  üz-üzə gələcək.

Qeyd edək ki, hər iki boksçumuzun hələ  Rio Olimpiadasına lisenziya qazanmaq şansı qalır. Finala vəsiqə qəldə edən boksçular qalib gələrək, Olimpiadaya vəsiqəni rəsmiləşdirməklə yanaşı, yayda APB-nin mütləq çempionluğu uğrunda döyüşə çıxacaqlar. Hesabında iki qalibiyyət olan boksçularımız isə 3-cü qələbələrini qazanaraq, yayda 2-ci lisenziya uğrunda mübarizə apara bilərlər. AİBA Pro Boxing turnirində hər çəkidə 2 idmançı Braziliya Olimpiadasına lisenziyanın sahibi olacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.